“Mavi əjdaha” 300 ildən sonra QAYITDI
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın Kadis sahillərində təşviş yaranıb. Buna səbəb ərazidə nadir heyvan - cəmi 3 sm ölçüdə olsa da, son dərəcə zəhərli olan “mavi əjdaha” adlı dəniz canlısı peyda olub.
News24.az xəbər verir ki, Santa Barbara çimərliyi bu səbəbdən təcili olaraq bağlanıb. Elmi adı "Glaucus atlanticus" olan bu canlı zərif görünüşünə baxmayaraq çox təhlükəlidir, çünki o, dəniz anaları ilə qidalanaraq onların zəhərini öz bədənində toplayır və daha da güclənir. Onun sancması adi dəniz anasının sancmasından qat-qat güclü ağrı və dəri reaksiyası yaradır.
“Mavi əjdaha”nın Aralıq dənizində sonuncu dəfə 1705-ci ildə İbizada görüldüyü, 300 ildən sonra isə 2021-ci ildən etibarən İspaniyanın müxtəlif sahillərində yenidən ortaya çıxdığı bildirilir. Mütəxəssislər bu canlıya toxunmamağı tövsiyə edirlər. Alimlər hesab edir ki, qlobal istiləşmə dəniz suyunun temperaturunu artıraraq bu tropik növün Aralıq dənizində yayılmasına şərait yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 22 Avqust 2025 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















