Icma.az
close
up
RU
Mavi zona da uzunömürlülüyün sirri: Yaşlanmayan insanlar nə yeyirlər?

Mavi zona da uzunömürlülüyün sirri: Yaşlanmayan insanlar nə yeyirlər?

Icma.az bildirir, Lent az portalına istinadən.

Nikoja yarımadası dünyanın beş “mavi zona”sından biridir. “Mavi zona” insanların planetin orta göstəricisindən müqayisəolunmaz dərəcədə uzun ömür sürdüyü regionlar hesab olunur. Burada sakinlər çox vaxt 100 və daha artıq yaşayırlar, uzunömürlülərin sayı isə dünya norması ilə müqayisədə 3,5 dəfə çoxdur.

Lent.az xarici mediaya istinadən yazır ki, nikoyalıların uzunömürlülüyünün sirri onların gündəlik qidalanmasında gizlidir.

Nikoja sakinlərini uzun yaşadan qidalar

Nikoja mətbəbi son dərəcə sadə, lakin qidalı məhsullara əsaslanır:

lobya – bitki mənşəli zülal və yüksək lif,

qarğıdalı – mürəkkəb karbohidratlar,

balqabaq – vitamin və antioksidant mənbəyi.

Bu “mavi zona üçlüyü” stabil enerji, sağlam metabolizm və güclü ürək-damar sistemi yaradır.

Burada ət çox az yeyilir. Sağlam yağ mənbəyi kimi avokado, balqabaq tumu və qoz-fındıq üstünlük təşkil edir. Hətta içilən su belə fərqlidir. O, kalsium və maqneziumla daha zəngindir, bu isə sümükləri möhkəmləndirir və ürəyi qoruyur.

Günəş, təbiət və hərəkət – ikinci sirr

Nikoyalılar hər gün günəş altında olur, təbiətdə çox vaxt keçirir və müntəzəm gəzintilərlə aktiv həyat tərzi sürürlər. Bu faktorlar qidalanma ilə birlikdə “uzunömürlülük formulunu” tamamlayır.

Elmi araşdırmalar nə deyir?

2024-cü ildə alimlər Kosta-Rikanın 60 yaşdan yuxarı 2 827 sakinini 15 il ərzində müşahidə ediblər. Nəticə göstərib ki, ənənəvi Nikoya pəhrizinə əməl edənlərin ölüm riski 18 faiz daha aşağıdır.

Uzunömürlülük turizmi

Bu gün Nikoja uzun ömür arzulayan insanlar üçün cəlbedici məkana çevrilib. Buraya villa sahibləri, İT sahibkarları və “sağlam həyat” axtaranlar axışır. Məşhur W Costa Rica Reserva Conchal da daxil olmaqla bir çox beşulduzlu rezidensiyalar Blue Zone prinsiplərinə uyğun yeməklər təqdim edir.

Mətbəxdə yerli əkinlərdən gətirilmiş məhsullardan istifadə olunur, ənənəvi gallo pinto, müxtəlif paxlalı yeməklər və hətta “uzunömürlülük üçün 5 səhər yeməyi” menyüsü təklif edilir. Qonaqlar təzə tutulan balıqdan hazırlanan yerli seviçe bişirməyi də öyrənə bilirlər.

Şef-kulinariya ustası Dieqo Mollenxauer belə deyir:

“Kosta-Rika mətbəxi səmimi, sadə və təbiidir. Nə kimyəvi maddə, nə də artıq əlavələr var. İnsanlar burada ‘pura vida’nı yalnız dadmır, onu özləri ilə həyatı boyu aparırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri