Maxaçev UFC titulunu qorudu Rekord vurdu
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı İslam Maxaçev irlandiyalı Yan Maçado Qerrini məğlub edərək “Ultimate Fighting Championship” (UFC) yarımorta çəki dərəcəsində titulunu qoruyub.
Yeniavaz.com xəbər verir ki, UFC 330 yarışı Filadelfiya şəhərində (Pensilvaniya ştatı) baş tutub.
Döyüş Maxaçevin yekdil qərarla qələbəsi ilə başa çatıb.
Bununla da, da rusiyalı döyüşçü UFC-də qələbə seriyasını 17 döyüşə qədər uzadıb və UFC rekordunu yeniləyərək, braziliyalı Anderson Silvanı geridə qoyub.
Qeyd edək ki, 34 yaşlı Maxaçevin qarışıq döyüş sənətləri (MMA) üzrə 29 qələbə və 1 məğlubiyyəti var. 2025-ci ildə o, iki çəki dərəcəsində UFC titulunu qazanan ilk rusiyalı olub. Maxaçev 2022-ci ilin oktyabrından bəri sahib olduğu yüngül çəki titulunu dörd dəfə müdafiə etsə də, sonradan çəki dərəcəsində irəliləmək üçün bu tituldan imtina edib. 2025-ci ilin noyabr ayında o, avstraliyalı Cek Della Maddalenanı yekdil qərarla məğlub edərək UFC-nin yarımorta çəkili çempionu olub. O, ilk titul müdafiəsini edib. Rusiyalı idmançının UFC-dəki yeganə məğlubiyyəti 2015-ci ilin oktyabrında braziliyalı Adrian Martinsə qarşı olub.
28 yaşlı Qerri isə MMA-da iki məğlubiyyət və 17 qələbə qazanıb. O, UFC-yə 2021-ci ilin noyabr ayında qoşulub. O, bu günə qədər 12 döyüş keçirib və onlardan 10-da qalib gəlib. Onun bundan əvvəlki yeganə məğlubiyyəti 2024-cü ilin dekabrında Qazaxıstan təmsilçisi Şavkat Rahmonova yekdil qərarla məğlub olduğu zaman olub.
Bu mövzuda digər xəbərlər:İslam Maxaçev titulunu qorudu UFC də 17 ci ardıcıl qələbə
16 Avqust 2026 08:41
Maxaçev rekord nəticə
16 Avqust 2026 11:30
Maxaçev ilk ikiqat UFC çempionu oldu
16 Noyabr 2025 10:42
Maxaçev çempionluq kəmərini qorudu
16 Avqust 2026 11:00
İslam Maxaçev UFC də çempionluq döyüşünə çıxacaq
03 Avqust 2025 15:51
Baxış sayı:132
Bu xəbər 16 Avqust 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















