Icma.az
close
up
RU
Mayak Residence dən xüsusi reklam çarxı VİDEO

Mayak Residence dən xüsusi reklam çarxı VİDEO

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan mədəniyyətində baharın gəlişi yalnız fəsil dəyişikliyi deyil, həm də təbiətin oyanışı, yenilənmə və ümidin simvolu kimi qəbul olunur. Bu ideyadan ilhamlanan Mayak Residence baharın gəlişini simvolik və emosional yanaşma ilə təqdim edən xüsusi reklam çarxı hazırlayıb.

Çarxın hekayəsi klassik süjetdən daha çox metaforik və vizual təsvirlər üzərində qurulub. İlk kadrlarda torpaqdan cücərən bitkilər, dənizin dərinliklərində suyun hərəkəti və təbiətin oyanışını hiss etdirən görüntülər yer alır. Bu səhnələr baharın sadəcə bir fəsil deyil, eyni zamanda yeni başlanğıcların və yenilənmənin rəmzi olduğunu göstərir.

Hekayənin mərkəzində iki əsas obraz dayanır. Onlardan biri baharın rəmzi kimi təqdim olunan Bahar Qızıdır. O, zərif və mistik obraz kimi təsvir edilir. Digər obraz isə mayakda yaşayan və sanki uzun müddət burada yaşayan bir insanı təmsil edir. Bu rolu tanınmış aktyor Tural Əsədov canlandırır. O, əlində su dolu vedrələrlə mayaka doğru addımlayaraq, bu məkanı yaşadan və ona həyat verən bir insan kimi təqdim olunur.

Reklam çarxında mayak xüsusi simvolik məna daşıyır. O, gözləyən qəlbin, ümidin və işığın rəmzi kimi təqdim edilir.

Hekayədə dramatik dönüş Turalın qəfil Bahar Qızını görməsi ilə baş verir. Bu qarşılaşma təbiətdə baş verən dəyişikliklər kimi gözlənilməz və sehrli bir an yaradır. Bahar Qızının papağındakı aynadan əks olunan işıq Turalın gözlərini qamaşdırır və bu an hekayənin dönüş nöqtəsinə çevrilir.

Onların qarşılaşması ilə süjet yeni mərhələyə keçir. Bu səhnə sadəcə iki insanın görüşü deyil, həm də tənhalığın ümidə çevrilməsi, soyuq mövsümün bahara yol verməsi kimi təqdim olunur. Dəniz və yağış görüntüləri isə təbiətdə baş verən dəyişiklikləri və yeni həyatın başlanmasını simvolizə edir.

Sonrakı kadrlar ərazidə baharın gəlişini göstərir. Təbiət yaşıllaşır, atmosfer günəşli və canlı görünüş alır.

Reklam çarxının finalında isə poetik və gözlənilməz keçid baş verir. İzləyici bütün bu hekayənin əslində balaca bir qızın xəyal dünyasının məhsulunu rəsmdə canlandırıldığını görür. Burada bahar gəlmiş mayak ərazisi, günəşli səma və mayaka baxan iki fiqur təsvir olunub.

Balaca qız - Aylin rəsmi rəngləyərkən səhnə müasir həyata keçir. Onun valideynləri artıq müasir geyimdə, Mayak Residence kompleksində yerləşən mənzillərində masa arxasında oturaraq, qızlarını şam yeməyinə çağırırlar.Beləliklə, reklam çarxı simvolik hekayəni real həyata bağlayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Mart 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri