Icma.az
close
up
RU
Mayın sonundan başlayacaq TƏHLÜKƏ Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ Kimlər risk altındadır?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın ikinci yarısından etibarən havaların isinməsi və rütubətin artması ilə ağcaqanadların ilk kütləvi dalğası gözlənilir. Bu, hər il isti fəslin adi mənzərəsi kimi qəbul edilsə də, allergiyası və ya xroniki xəstəliyi olan insanlar üçün əlavə qayğı və narahatlıqdır. Çünki hər il həssas orqanizmli adamlar ağcaqanad dişləməsindən xəstəxanalıq olurlar. Allergik insanlarda dişlək yerində iri şişkinlik çox vaxt övrəyə çevrilir, nəfəs darlığına qədər nəticələnə bilər.
Amma problem təkcə allergik xəstələrdə olmur. Digər xroniki xəstələr də var ki, daha ciddi fəsadlarla qarşılaşa bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:
Ağcaqanadlar ən çox onları SANCIR


Həkim-terapevt Gülnar Musayeva Bizim.Media-ya bildirdi ki, şəkərli diabet xəstələri ağcaqanaq sancmalarından mütləq qorunmalıdırlar:
“Diabet xəstələrində dişləmə yerləri gec sağalır, bu müddətdə də infeksiya riski yaranır, çünki qaşımaq dəri yarasına çevrilə bilər. Bu dönəmdə xüsusi həssas yanaşmalıdırlar. Uzunqollu, uzunbalaq geyim geyinmək, ağcaqanadların ən aktiv vaxtları olan axşamüstü və gecə vaxtı açıq havada az qalmaq lazımdır. Bundan başqa, ağzıaçıq vedrə və bidonlarda su saxlamaq, nəmişlik yaratmaq olmaz, çünki belə yerlərdə çox olurlar  və törəyirlər”.
 

Həkim diqqətə çatdırdı ki, ürək-damar xəstəlikləri, təzyiq oynaması olanlar da diqqətli olmalıdırlar. Bu xəstələrdə, ürək ritminin pozulması, stress səbəbindən immunitet zəif olur. Bundan başqa, kimyaterapiya alanlar, orqan köçürməsi edənlər də məsələyə sadə “yay hadisəsi” kimi baxmamalıdırlar.


Hər hansı narahatlıq yarananda, məsələn bütün bədənə səpki, yüksək hərarət, sağalmayan yara və s. həkimə müraciət etməlidirlər.
Qeyd edək ki, Azərbaycanda tropik ölkələrdəki kimi ağcaqanadların malyariya, denge kimi infeksiya yayması ehtimalı yoxdur. Bundan əvvəl infeksionist Mərdan Əliyev bildirmişdi ki, virusu yayan ağcaqanad növləri hazırda Azərbaycanda mövcud deyil.
Şəfiqə Şəfa, Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri