Icma.az
close
up
RU
Ailədə kimlər təhlükə altındadır? XƏRÇƏNG ƏSLİNDƏ KEÇİCİDİR

Ailədə kimlər təhlükə altındadır? XƏRÇƏNG ƏSLİNDƏ KEÇİCİDİR

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xərçəng xəstəliyinin yayılması o qədər sürətlənib ki, hazırda bu xəstəliklə mübarizə aparan şəxslərin sayı yüzlərlədir.

Xərçəng xəstəsi qədər onun ailə üzvləri də əziyyət çəkir. Belə ki, yaxınları xəstəni tez-tez həkimə aparır, qulluq edir. Xüsusən ən ağır - son mərhələdə olan xəstələri həkimlər evə buraxır və evdə qalmasını məsləhət görür. O zaman ailə üzvləri xəstəyə daha yaxın olur, daha çox qayğı göstərir, əzizləyir. Bir çox ailələr, imkanı varsa, xüsusi baxıcı tutur, imkanı olmayanlar isə vaxt və güclərini xəstəyə qulluğa sərf edirlər. Amma çox insanları bir sual narahat edir: görəsən xəstə adamdan digər adama xərçəngin ötürülməsi, yoluxdurulması mümkündürmü?

Medicina.az-a istinadən bildirir ki, xərçəngin yoluxucu olub-olmamasıyla bağlı araşdırma aparıb.

Məlum olub ki, onkoloqlar xərçəng xəstələrinin ailə üzvlərinə bunun keçici olmadığı cavabını verib, onları arxayınlaşdırır. Həqiqətən də, həkimlər, xəstəxanadakı tibb bacıları onkoloji xəstələrdən qorunmur və yoluxmurlar da. Tibdə bu xəstəliyin ötürülməsi ilə bağlı sübut və faktlar yoxdur. Amma elə viruslar var ki, zəif immunitetli insanlara keçərsə, onda xərçəng xəstəliyini oyada bilər. Məsələn: mədə-bağırsaq xərçəngi olan insanla mədə-bağırsaq xorası olan insanın öpüşməsi təhlükəlidir. Yəni mədə xərçəngi olan nənəni mədəsində xora olan zəif bir nəvənin tez-tez öpməsi təhlükəli ola bilər. Çünki mədə xərçəngini Helikobakter adlı mikrob törədir. Sağlam mədə qişası və güclü immuniteti olan insan üçün bu mikrob təhlükə yaratmır. Amma zəif mədədə bu mikrob iltihab yaradır ki, bu da zamanla xərçəngə çevrilir. Bu mikrob tüpürcək suyu ilə digər adama keçə bilər.

Bundan başqa, Hepatit C və B də qaraciyər xərçəngində rol oynayır. Bu virusa qan və cinsi yolla yoluxmaq olar. Ona görə evdə qaraciyər serrozu, xərçəngi olan ailə üzvü varsa, iynə vurarkən, həmin adamın yarasını təmizləyərkən maksimum qorunmaq lazımdır.

Daha bir vacib məqam isə odur ki, qadınlarda uşaqlıq boynu xərçəngini papilloma virusları yaradır. Planetin hər 5 qadınından biri bu virusa imtim əlaqə yolu ilə yoluxur. Papilloma virusu aktiv çoxalır, immun sistemini pozur, uzun müddətdən sonra xərçəngə çevrilə bilir. Qoruyucu vasitələr bu virusdan qorumaqda zəifdir. Ona görə bu gün uşaqlıq boynu xərçəngindən peyvənd olunması ciddi təbliğ olunur və 10-23 yaş arası bütün qızlara olunmalıdır. Papillomaya yoluxduqdan sonra peyvəndin vurulması mənasızdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see421

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see386

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see384

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see349

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see345

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see337

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see263

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see260

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see185

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri