Icma.az
close
up
RU
Mbappe Qızıl buts uğrunda mübarizədə zirvəyə yüksəldi

Mbappe Qızıl buts uğrunda mübarizədə zirvəyə yüksəldi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

La Liqanın sonuncu turunda ''Real'' doğma fanatları önündə ''Real Sosyedad''ı qəbul etdi.

Karlo Ançelotti və Luka Modriçin ''Santyaqo Bernabeu'' publikası ilə vidalaşdığı oyunda Madrid nəhəngi sürprizə imkan vermədi. ''Kral klubu'' Kilian Mbappenin dublu sayəsində 2:0 hesablı inamlı qələbə qazandı.
''Real''ın faktiki olaraq mövsümü titulsuz başa vurmasına baxmayaraq, fransalı ulduzun Madriddəki ilk ilində göstəriciləri diqqət çəkir. Mbappe ''Real''da 56-cı rəsmi oyunda vurduğu qolların sayını 43-ə çatdırdı. O, bu qollardan 31-ni çempionatda, 7-ni Çempionlar Liqasında, 2-ni ölkə kubokunda vurubsa, eləcə də İspaniya superkuboku, Avropa superkuboku və Qitələrarası kubokun hərəsində 1 dəfə fərqlənib.
İlk mövsüm üçün bu, inanılmaz rəqəmdi. Buna qədər ''Real''da ilk mövsümdə bir futbolçu maksimum 37 qol vurmuşdu. Mbappe ''blankos''un heyətində La Liqada 30 qol həddinə çatan cəmi 4-cü futbolçu oldu.
Daha öncə bunu bir dəfə Alfredo Di Stefano, iki dəfə Uqo Sançes və 6 dəfə Kriştiano Ronaldo bacarmışdı. Ən əsası Mbappe ''Qızıl buts'' uğrunda mübarizədə xalını 62-yə yüksəldərək Viktor Dyokereşi geridə qoydu. İsveçli forvard ''Sportinq''in heyətində Portuqaliya çempionatında 39 qol vurub. Amma Portuqaliyada bir qol 1,5 əmsala bərabər olduğundan Dyokereş geridə qalıb. Onun artıq Mbappeni keçmək şansı qalmayıb. Çünki Portuqaliyada mövsüm bitib.
İndi Mbappeni yalnız ''Liverpul''lu Məhəmməd Salah geridə qoya bilər. Onun 27 qolu var. Amma misirli ulduz Mbappeyə çatmaq üçün son turda ''Kristal Pelas''a 3, liderliyə yüksəlmək üçün isə 4 qol vurmalıdı. Ardıcıl 23-cü mövsümdə ''Qızıl buts''u ''böyük beşlik''də top qovan futbolçu qazanacaq.
Sonuncu dəfə ''böyük beşlik''dən kənarda oynayan futbolçulardan bu mükafatı 2001/02-də Mario Jardel qazanıb. O, həmin vaxt ''Sportinq''in heyətində Portuqaliya çempionatında 42 qol vurmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri