“McLaren” rəhbəri yeni F1 qaydalarını “sarsıdıcı” adlandırdı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“McLaren” komandasının rəhbəri Andrea Stella “Formula-1”də bu mövsümdən qüvvəyə minən yeni texniki reqlamentin pilotlar üçün ciddi çətinliklər yaratdığını deyib.
İdman.Biz “RacingNews365”a istinadən xəbər verir ki, italiyalı funksioner xüsusilə aerodinamika və güc qurğularında edilən dəyişikliklərin pilotlardan əvvəlki illərlə müqayisədə tam fərqli yanaşma tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Lando Norris və Oskar Piastri bu keçid dövrünə yaxşı uyğunlaşıblar.
“2026 mövsümünün ilk hissəsində pilotlarımızın çıxışından çox razıyam. Oskar və Lando üçün, eləcə də digər 20 pilot üçün yeni qaydaların təsiri həqiqətən sarsıdıcı olub. Yeni nəsil bolidlər təkcə sürüş üslubunu dəyişməyi yox, həm də yeni güc qurğularının bütün potensialından necə istifadə etməyi anlamaq üçün daha çox diqqət tələb edir”, - Stella bildirib.
“McLaren” rəhbəri yeni güc qurğularının daha böyük elektrik gücünə malik olmasının işi daha da çətinləşdirdiyini qeyd edib. Etibarlılıq problemləri də pilotların uyğunlaşma prosesini ləngidib.
“Öyrənmə prosesi zaman-zaman mürəkkəb olub və xüsusilə ilk mərhələlərdə etibarlılıq problemləri onu yavaşladıb. Hər iki pilot düzgün reaksiya verdi və komanda ilə birlikdə çox ciddi çalışdı. Hələ də inkişaf üçün yer var, xüsusilə güc qurğusu ilə bağlı”, - o əlavə edib.
Yeni reqlament fonunda “McLaren” ötən mövsümlə müqayisədə ciddi geriləmə də yaşayıb. Komanda 11 mərhələdən sonra 220 xalla Konstruktorlar Kubokunda üçüncü pillədədir və lider “Mercedes”dən 159 xal geri qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 10 Avqust 2026 03:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















