Icma.az
close
up
RU
MCP nin Zəfər Günü bəyanatı

MCP nin Zəfər Günü bəyanatı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün, 8 Noyabr – Azərbaycan xalqının şərəf, qürur və milli birliyinin rəmzi olan Zəfər Günüdür. 2020-ci ilin bu tarixi günü Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək Vətən müharibəsini parlaq Qələbə ilə başa çatdırdı.

Bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması deyil, həm də xalqımızın uzun illər boyu arzuladığı ədalətin, ləyaqətin və milli qürurun bərpası oldu.

Milli Cəbhə Partiyası bildirir ki, Zəfər Günü Azərbaycan dövlətinin möhkəm iradəsinin, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış tarixi nailiyyətdir. Bu Qələbə həm də dünya miqyasında Azərbaycan xalqının və dövlətinin öz torpaqları uğrunda apardığı ədalətli mübarizənin simvoluna çevrilmişdir.

Biz bu müqəddəs gündə Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı əsrlər boyu xalqımızın yaddaşında yaşayacaq, gələcək nəsillərə Vətənə sədaqət, azadlıq və dövlətçilik sevgisinin örnəyi olacaq.

Zəfər Günü bizə bir daha xatırladır ki, milli birliyimizi, dövlət müstəqilliyimizi və ordumuzun gücünü daim möhkəmləndirmək hər bir azərbaycanlının borcudur. Qələbənin qorunması, ölkəmizin inkişafı və Qarabağın dirçəldilməsi üçün hər kəs öz sahəsində fədakarcasına çalışmalıdır.

Milli Cəbhə Partiyası dövlətimizin suverenliyinin, milli maraqların və torpaqlarımızın bütövlüyünün qorunması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcək və Azərbaycanın hər zaman qalib, güclü və birləşmiş dövlət olaraq möhkəmlənməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

Bu yolda canından keçən şəhidlərimizin əziz ruhunu sayqıyla anır, sağlamlığını itirən qazilərimizə sağlıq diləyirik.

Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun qəhrəman xalqımıza!

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri