Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Milli Məclisin Zəfər Günü bəyanatı TAM MƏTN

Milli Məclisin Zəfər Günü bəyanatı TAM MƏTN

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclis 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

Modern.az bəyanatın tam mətnini təqdim edir:

"2025-ci il noyabrın 8-də Azərbaycan xalqı ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda uzun illər apardığı mübarizənin həlledici mərhələsinə yekun vurmuş Zəfər gününü böyük milli qürur duyğusu ilə qeyd edəcəkdir. 2020-ci ilin sentyabr - noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir.

Azərbaycan beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu 30 ilə yaxın dövrdə beynəlxalq hüquqa sadiq qalaraq torpaqlarını sülh yolu ilə azad etməyə çalışmışdır. Dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların qərar və qətnamələri münaqişənin nizama salınması üçün hüquqi zəmin yaratmışdı. Təəssüf ki, beynəlxalq qurumlar qəbul etdikləri qərarları həyata keçirməkdə qətiyyətsizlik göstərmiş və təcavüzkarı öz adı ilə çağırmaqdan boyun qaçırmış, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından işğalın nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatını dəyişdirməyə cəhdlər göstərilməsi, Ermənistanın rəhbər vəzifəli şəxslərinin "yeni ərazilər üçün yeni müharibə" iddialarını səsləndirməsi, digər bəyanatları və hərəkətləri işğalçı dövlətin əsl niyyətlərini üzə çıxarmışdır.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatmışdır. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin etmişdir.

Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin uğurla yerinə yetirilərək Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Bütün dünyaya nümayiş etdirilmişdir ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin həlledici amili olmuşdur. Həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, iqtisadi müstəqilliyin əldə edilməsinə yönələn düşünülmüş tədbirlər sayəsində Azərbaycan maliyyə dayanıqlığı və xarici yardım olmadan müharibə aparmaq qabiliyyəti qazanmışdır. Hərbi quruculuq sahəsində zəruri addımlar atılmışdır. Müdafiə sistemində geniş miqyaslı islahatlar aparılmış, müasir peşəkar ordu yaradılmış, hərbi sənaye gücləndirilmişdir.

Suverenlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasətin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmişdir. Bütün vasitələrdən istifadə edilərək Azərbaycan torpaqlarının işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmışdır.

Xalq, iqtidar və ordu arasında möhkəm birlik yaradılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəsil yetişdirilmişdir. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ideyası ətrafında birləşmişlər.

Ölkədə yaradılmış idarəçilik modeli Azərbaycana lazımi məqamda dəqiq və qətiyyətlə hərəkət etmək imkanı vermişdir. Azərbaycançılıq ideallarından güc alan xalqımızın milli birliyi döyüş meydanında düşmənə endirilən "dəmir yumruğa" çevrilərək qələbənin mühüm amillərindən biri olmuşdur.

Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır. Bu dövlət terrorizmi aktları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Qarşı tərəfin qanlı hücumlarına və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl etmiş, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf almış, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməmişdir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilmişdir. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olmuşdur.

Beləliklə, son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirir, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edir.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilmişdir. İşğalçılar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa edilir, elektrik, su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır. Məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.

Təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına maneçilik törədir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 400-dən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışdır.

Bütün bu itkilərə baxmayaraq, məhz Azərbaycan bölgədə sabitlik yaradılması və Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etmiş, sülh gündəliyinin irəliyə aparılması üçün siyasi iradə və konstruktiv yanaşma nümayiş etdirmişdir. Sülh sazişinin layihəsi də məhz Azərbaycan tərəfindən tərtib olunmuşdur. Bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açmışdır.

Əldə edilmiş razılaşmalara uyğun olaraq reallaşacaq Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəkdir. Vaşinqton razılaşmalarının daha bir önəmli yekunu isə ATƏT-in Minsk qrupunun ləğv edilməsi olmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini qeyd edərək dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyini bildirərək xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə səsləyir".

***

11:49

Azərbaycan Respublikasının Milli Məclisi 8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bəyanatın mətnini deputat Vüqar Rəhimzadə oxuyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri