Icma.az
close
up
RU
MDB də yeni qurum yaradılır Azərbaycan niyə qoşulmur?

MDB də yeni qurum yaradılır Azərbaycan niyə qoşulmur?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MDB məkanında məhkəmə qərarlarının icrası ilə bağlı yeni çoxtərəfli mexanizm formalaşdırılır. Musavat.com qurumun rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Azərbaycan isə sənəd üzərində aparılan son danışıqlarda iştirak edən ölkələr sırasında görünmür. Bu, Bakının MDB-də hüquqi əməkdaşlıq siyasəti baxımından diqqətçəkən məqamdır.

Turkustan.az MDB İcraiyyə Komitəsinin məlumatına istinadən xəbər verir ki, MDB ölkələrinin icra orqanlarının rəhbərləri üçün ayrıca Şuranın yaradılmasını nəzərdə tutan saziş layihəsi üzrə ekspertlər işlərini başa çatdırıblar. Avqustun 14-də keçirilən iclasda sənədin əsas müddəaları razılaşdırılıb. Söhbət “MDB iştirakçısı olan dövlətlərin məcburi icra orqanları rəhbərləri Şurasının yaradılması haqqında Saziş” layihəsindən gedir. Yeni qurumun əsas məqsədi dövlətlərin məcburi icra sahəsində əməkdaşlığını sistemləşdirmək, peşəkar dialoq və təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyətin əlaqələndirilməsinə imkan yaratmaqdır.

Məsələnin ən maraqlı tərəfi isə layihənin hazırlanmasında iştirak edən ölkələrin tərkibidir.İyulun 6-da keçirilən ekspert qrupunun iclasında Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin təmsilçisi iştirak edib. Daha əvvəlki mərhələdə isə ekspertlər arasında Qazaxıstanın da olduğu bildirilib. Lakin Azərbaycan bu işçi formatda iştirak edən ölkələr sırasında göstərilmir.

MDB İcraiyyə Komitəsinin açıqlamalarında Azərbaycanın niyə layihəyə qoşulmadığı barədə hər hansı izah verilmir. Buna görə Azərbaycanın prosesdən kənarda qalmasını müəyyən siyasi səbəblə əlaqələndirmək hələlik ehtimaldan o yana keçmir. 2025-ci ildə MDB dövlət başçıları məhkəmə aktlarının və digər səlahiyyətli orqanların qərarlarının məcburi icrası zamanı informasiya mübadiləsi haqqında saziş imzalayıblar. MDB rəhbərliyinin qiymətləndirməsinə görə, məhz həmin sənədin davamı olaraq məcburi icra orqanlarının rəhbərləri səviyyəsində ayrıca Şuranın yaradılması təklif edilib. Bu mexanizm gələcəkdə borclular, əmlak, icra sənədləri və məhkəmə qərarları barədə məlumat mübadiləsinin daha koordinasiyalı aparılmasına, həmçinin müxtəlif ölkələrin icra strukturları arasında birbaşa əməkdaşlığın güclənməsinə şərait yarada bilər.

Ola bilsin ki, rəsmi Bakı yeni mexanizmin hüquqi çərçivəsini və praktiki əhəmiyyətini qiymətləndirərək sonrakı mərhələdə prosesə qoşulsun. İkinci ehtimal isə Azərbaycanın MDB daxilində bəzi hüquqi əməkdaşlıq formatlarına selektiv yanaşmasını davam etdirməsidir.Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində hüquqi və siyasi məsələlərin həssaslığı fonunda Ermənistanın bu prosesdə iştirakı da diqqətdən yayınmır. Ermənistanın ekspert qrupunda iştirakı sənədin Azərbaycan üçün potensial əhəmiyyətini daha da artırır. Çünki söhbət yalnız məhkəmə qərarlarının icrasından yox, gələcəkdə dövlətlərin icra orqanları arasında məlumat və praktiki əməkdaşlıq mexanizmlərindən gedir.

Rəsmi açıqlamalarda Bakının layihəyə qarşı olduğu və ya qəsdən prosesdən kənarda qaldığı barədə məlumat yoxdur. Avqustun 14-də ekspertlərin layihəni razılaşdırması ilə proses yeni mərhələyə keçib. İndi əsas məsələ sənədin MDB-nin müvafiq orqanlarında müzakirəsi və üzv dövlətlərin ona münasibətinin rəsmiləşməsidir. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri