Icma.az
close
up
RU
Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda yeni qurum yaradılır

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə vahid səlahiyyətli qurumun müəyyən edilməsi nəzərdə tutulur. 

Bu, "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. 

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə əsasən Bakının inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, paytaxt istisna olmaqla digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə edilməsini və saxlanılmasını vahid qurumun təmin etməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.

"Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola 21 oktyabr 2022-ci il tarixli 614-VIQ nömrəli qanunla qoşulub.

Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən, daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi, qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması, təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər təqdim edir.

CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor iştirakçılarının çevikliyinin və şəffaflığının  artmasına ciddi töhfə verəcək.

Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də kağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır, çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb və hər iki forma birlikdə tətbiq olunur.//Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri