Icma.az
close
up
RU
MDU nun təşkilatçı olduğu beynəlxalq konfrans Naxçıvanda öz işinə başladı

MDU nun təşkilatçı olduğu beynəlxalq konfrans Naxçıvanda öz işinə başladı

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


2025-ci ilin 30 oktyabr tarixində Naxçıvan Dövlət Universitetində (NDU) “İnkişaf və İnnovasiya: Süni İntellekt və Maşın Öyrənməsi” adlı I Beynəlxalq Elmi-Praktiki Konfrans öz işinə başlayıb. NDU-nun ev sahibliyi və əsas təşkilatçılığı ilə keçirilən konfransın təşkilatçıları arasında Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın Daşkənd Texniki Universiteti, Macarıstanın Corvinus Budapeşt Universiteti, Malaziyanın Asiya Pasifik Universitetinin, Türkiyənin Düzcə Universiteti, Pakistanın Milli Elmlər və Texnologiyalar Universiteti və digər tərəfdaş ali təhsil müəssisələri yer alıb.
Yeniavaz.com
xəbər verir ki, konfransın açılış mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən bütün Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbiri NDU-nun rektoru Elbrus İsayev açaraq konfrans iştirakçılarını salamlayıb. O, son illərdə süni intellekt, rəqəmsallaşma və innovativ texnologiyalar sahəsində həyata keçirilən dövlət strategiyalarının ali təhsil sisteminə yeni inkişaf imkanları qazandırdığını vurğulayıb və beynəlxalq elmi əməkdaşlığın güclənməsinin region universitetlərinin qlobal elmi məkana inteqrasiyasında xüsusi rol oynadığını qeyd edib.
Ardınca AzTU-nun rektoru professor Vilayət Vəliyev, Düzcə Universitetinin rektoru professor Nedim Sözbir və digər tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək konfransın elmi və akademik əhəmiyyətini yüksək dəyərləndiriblər.
Açılış mərasimində çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov MDU-nun region universiteti kimi elmi potensialının artmaqda olduğunu, xüsusilə qardaş Türkiyənin nüfuzlu universitetləri ilə imzalanan yeni əməkdaşlıq protokollarının universitetin beynəlxalq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. Rektor qeyd edib ki, MDU son dövrlərdə yalnız beynəlxalq akademik mühitdə aktiv iştirak etmir, həm də sənaye ilə universitet arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji təşəbbüslər həyata keçirdiyini bildirib və bu baxımdan cari ilin 24 oktyabr tarixində MDU-nun təşkilatçılığı ilə keçirilmiş “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025”in ölkədə universitet–sənaye əməkdaşlığı modelinin inkişafı üçün mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb. A. Eminov vurğulayıb ki, bu kimi beynəlxalq konfranslar region ali məktəblərinin elm və innovasiya mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Rəsmi hissədən sonra konfrans öz işini plenar və 4 bölmə iclası ilə davam etdirib. Süni intellekt və maşın öyrənməsi sahəsində müxtəlif ölkələrdən olan alimlərin təqdimatlarında texnoloji yeniliklər, sənayedə tətbiqlər, rəqəmsal təhlükəsizlik, generativ süni intellekt modelləri, etik və sosial təsirlər kimi mövzular müzakirə olunub.
Hibrid formatda təşkil olunmuş konfransda MDU rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Konfransda 13 ölkədən ümumilikdə 135-dən çox elmi məqalə daxil olub. Məqalələr Azərbaycan, Türkiyə, Belarus, Hindistan, Özbəkistan, Qazaxıstan və Pakistan kimi ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrinin müəllifləri tərəfindən təqdim olunub. Məqalələrdə həm mühəndislik və kompüter elmləri, həm də iqtisadiyyat və idarəetmə üzrə aktual tədqiqat mövzuları əhatə olunub.
İki gün davam edəcək beynəlxalq tədbirin sonunda sertifikatların təqdim olunması və müzakirə nəticələrinin yekunlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, MDU son illər beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi, region ali təhsil məkanında innovativ modelin formalaşdırılması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və strateji fəaliyyətini davam etdirir.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Oktyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri