Icma.az
close
up
RU
MDU nun Türkiyə səfəri davam edir: Ege Universiteti ilə anlaşma imzalandı Fotolar

MDU nun Türkiyə səfəri davam edir: Ege Universiteti ilə anlaşma imzalandı Fotolar

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Mingəçevir Dövlət Universiteti (MDU) qardaş ölkə Türkiyə ilə öz elm və təhsil əməkdaşlığını genişləndirməyə davam edir.
Yenavaz.com
xəbər verir ki, universitet nümayəndələri öz görüşlərini davam etdirir.
Belə ki, 2025-ci ilin 14 oktyabr tarixində rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Ege Universitetinin (EGE) rektoru, professor Dr. Necdet Budak ilə görüşüb.
Görüş zamanı tərəflər universitetlərarası əlaqələrin konkret istiqamətləri, ortaq tədqiqat layihələrinin icrası, birgə konfrans və seminarların təşkili, eləcə də tələbə və akademik heyətin mübadiləsi məsələlərini müzakirə ediblər. Hər iki tərəf gələcəkdə təhsil proqramlarının uyğunlaşdırılması, ikili diplom modellərinin tətbiqi və innovativ təlim platformalarının yaradılması kimi təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.
Prof. N. Budak MDU-nun nümayəndə heyətini Ege Universitetində görməkdən məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsində münasibətlərin inkişafı iki ölkənin strateji əməkdaşlığının mühüm tərkib hissəsidir. Rektor bildirib ki, Ege Universiteti qardaş Azərbaycanla akademik və elmi əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə həyata keçiriləcək birgə proqramlar, elmi layihələr və mübadilə imkanları hər iki tərəfin təhsil sisteminə töhfə verəcək.
MDU-nun rektoru Anar Eminov səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və vurğulayıb ki, MDU beynəlxalq əməkdaşlıq strategiyasında Türkiyə ali təhsil müəssisələri ilə tərəfdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, bu əməkdaşlıq yalnız elmi mübadilə ilə məhdudlaşmır, həm də mədəni inteqrasiya, innovativ idarəetmə təcrübələrinin paylaşılması, birgə layihələrin həyata keçirilməsi və müəllim-tələbə mübadiləsi sahəsində yeni imkanlar yaradır.
Görüşün sonunda MDU ilə EGE arasında İkitərəfli Əməkdaşlıq Protokolu imzalanıb.
Protokola əsasən tərəflər akademik və mədəni əlaqələrin inkişafı, müəllim, elmi işçi və tələbə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması və nəticələrinin nəşri, ortaq elmi tədbirlərin keçirilməsi, eləcə də tədris resurslarının, ədəbiyyatların və məlumat bazalarının paylaşılması istiqamətində əməkdaşlıq edəcəklər. Həmçinin tərəflər gələcəkdə ortaq magistratura proqramlarının təşkili, mübadilə iştirakçılarına dəstək mexanizmlərinin yaradılması və tələbələrin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.
Protokolun imzalanması mərasimindən sonra MDU-nun nümayəndə heyəti EGE-nin tələbə şəhərciyinə baş çəkib, burada yerləşən tədris binaları, elmi-tədqiqat laboratoriyaları və infrastrukturu ilə tanış olub. EGE-nin müasir təhsil mühiti, innovativ tədris yanaşmaları və tələbə yönümlü infrastruktur imkanları yüksək qiymətləndirilib.
Qeyd edək ki, bu əməkdaşlıqla Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq xəritəsini daha da genişləndirərək Azərbaycan–Türkiyə təhsil əlaqələrinin möhkəmlənməsində növbəti addımı atmış olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 14 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri