Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? VİDEO
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda məcburi köçkün ailəsi tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən paytaxt sakini Seymur Qasımov atasına məxsus mənzilin Laçın rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyini bildirib.
Seymur Qasımov deyir ki, Nizami rayonu, Nəsimi küçəsi 29 ünvanında yerləşən mənzil daha sonra başqa şəxsə satılıb.
Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərlər mənzildən çıxdıqdan sonra ev möhürlənib, açarlar ərazi üzrə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilib. Amma atasına məxsus mənzilin kim tərəfindən və necə satılması ilə bağlı onlara məlumat verilməyib.
34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Qardaşxan Hüseynov məsələyə belə aydınlıq gətirdi: "Nəsimi 29, mənzil 29-da Laçından məcburi köçkün ailəsi yaşayıb. Onlar doğma yurdlarına qayıtdı. Biz də mənzilin qapısını möhürlədik və açarı Mənzil Kommunal Təsərrüfatı Birliyinə, yəni özümüzün baş idarəmizə təqdim etdik. Sonradan indi əlimdə sizə təqdim etiyim bu sənədi görürsünüzmu? Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarışı vətəndaş gətirib bizə və deyib ki, bu mənzil mənimdir. Biz də bu sənədin əsasında baş idarədən açarı alıb mülkiyyətçiyə təqdim etmişik. Əgər bu şəxs deyirsə ki, ev mənimdir, bu məsələyə məsul qurum 34 saylı Mənzil-Kommunal İstismar Sahəsi deyil. Biz əmlakın rəsmi sənədinə baxıb açarı vermişik. Məsələ məhkəmə predmetidir".
Daşınmaz Əmlakın Dövlət və Reystri Publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsindən isə bildirildi ki, Nəsimi küçəsi, ev 29-da yerləşən 29 saylı mənzil Bakı şəhəri, 32 saylı dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Bəşirov Alyoşa Vəzir oğlunun adına qeydiyyata alınıb və rəsmiləşdilirlib.
Məsələyə Xətai Rayon Məhkəməsində baxılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Noyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















