Icma.az
close
up
RU
Məcburi köçkünlər üçün tikilmiş mənzillər SATIŞDA ÜNVANLAR

Məcburi köçkünlər üçün tikilmiş mənzillər SATIŞDA ÜNVANLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var.
Bu vaxta qədər neçə mənzil satılıb? Satışa yeni mənzillərin də əlavə edilməsi gözlənilirmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildrilib ki, keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesi davam edir.
Bildirlib ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur:
“Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur”.
Qeyd edilib ki, hazırda ümumilikdə 1194 mənzil satışdadır:
“Yeni binalarda yerləşən həmin mənzillər tam təmirlidir, istifadə olunmayıb. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla ümumi 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla ümumi 1018 mənzil, Sabuçu rayonu, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mənzillər çıxarışla təmin olunduğu üçün ipoteka və kredit predmeti hesab oluna bilər. Bunun üçün vətəndaşlarımız müvafiq banklara müraciət edə bilərlər”.
Məlumat üçün bildirək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri