Məcnun Məmmədov: Harmoniya Təşəbbüsü kənd təsərrüfatında mühüm problemlərin həllinə yönəlib
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
COP29 çərçivəsində bu gün işə salınan fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü fermerlərin məlumatlılıq səviyyəsinin artırılmasına, iqlim təşəbbüslərinin maliyyələşdirilməsinin dəstəklənməsinə və kənd təsərrüfatı qarşısında duran mühüm problemlərin həllinə yönəlib.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı ÜDM-in artımını və milli ərzaq təhlükəsizliyini təmin edən Azərbaycan iqtisadiyyatının mühüm sektorudur:
"Son on ildə Azərbaycan sektorun modernləşdirilməsində əhəmiyyətli uğurlar əldə edib, texnologiyalara sərmayə qoyur, dayanıqlı təcrübələri təşviq edir və fermer təsərrüfatlarını şaxələndirir. Biz həmçinin gənclərin cəlb edilməsinə böyük diqqət yetiririk. Kadr potensialının gücləndirilməsi, elmi tədqiqatların və innovasiyaların inkişafı, su resurslarını idarəetmə sistemlərinin təkmilləşdirilməsi və "yaşıl subsidiya" proqramlarının tətbiqi strategiyamızın əsasını təşkil edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















