Məcnun Məmmədov: Kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Azərbaycanda kənd təsərrüfatında istifadə olunan suyun həcmi ölçüləcək.
"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, su təminatına dair əsas bir neçə istiqamət var: Dominos pizza
"Söhbət ilk növbədə, mümkün qədər müxtəlif ölçülü su rezervuarlarının - kiçik, orta və iri su rezervuarlarının yaradılmasından gedir. İkinci istiqamət, su nəqlinin mənbədən sahəyə qədər mümkün qədər qapalı şəraitdə həyata keçirilməsi ilə bağlıdır. Bununla su itkisi azalacaq. Üçüncüsü isə sahədə qapalı şəbəkənin qurulmasıdır. Dördüncü istiqamət müasir suvarmanın tətbiqinin genişləndirilməsi ilə əlaqədardır. Sonuncu, yəni beşinci məsələ həmin müasir suvarma sistemlərində istifadə olunan su həcmlərinin ölçülə bilən olmasıdır".
Nazir bildirib ki, hazırda ölkədə su ehtiyatlarının 70%-nin xaricdə formalaşdığı nəzərə alınmalıdır:
"Ölkədə istifadə olunan suyun 70%-i və hətta daha çoxu kənd təsərrüfatında istifadə olunur. Biz ailə təsərrüfatlarında, ev təsərrüfatlarında və sənayedə istifadə olunan suyun 30%-ini ölçürük, amma kənd təsərrüfatında istifadə olunan suyun birbaşa sahədə, fermer təsərrüfatında nə qədər olduğunu ölçmürük".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 05 Oktyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















