Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Mədə xərçəngini təyin edən süni zəka barədə YENİ XƏBƏR

Mədə xərçəngini təyin edən süni zəka barədə YENİ XƏBƏR

Lent az saytına istinadən Icma.az xəbər verir.

Alibaba Group mədə xərçəngini adi kompüter tomoqrafiyası vasitəsilə aşkarlaya bilən Grape adlı süni zəka modelini hazırlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sistem üçölçülü KT görüntülərini analiz edir və mütəxəssislər tərəfindən çox vaxt görünməyən ən kiçik anomaliyaları belə tanıya bilir. 100 000 nəfərin iştirak etdiyi klinik sınaqlarda Grape modeli 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Məsələn, model rentgenoloqların diaqnozundan 6 ay əvvəl şişi aşkarlayıb. Ənənəvi screening metodlarından fərqli olaraq, boğazdan kamera yeridilməsini tələb edən üsullar əvəzinə, Grape sistemi mədə xərçəngi əlamətlərini aşkar etmək üçün üçölçülü KT görüntülərini təhlil edir. Bu isə çox təhlükəli olan və çox vaxt yalnız gec mərhələdə müəyyən edilən xəstəliyin erkən aşkarlanmasına kömək edir. Uzun müddət adi KT görüntüləri mədə kimi boş orqanların araşdırılması üçün yararsız sayılırdı.

Bunun səbəbi bu orqanların hərəkətli anatomiyası və erkən yoluxmaların çətin aşkarlanması idi. Lakin Grape texnologiyası bu problemi həll edir. Tədqiqat qrupu mədə xərçəngi ilə bağlı dünyanın ən böyük KT görüntüləri bazasını yaradıb. Bu, süni zəkanın, hətta təcrübəli radioloqların da gözündən yayınan incə nümunə və dəyişiklikləri tanımağı öyrənməsinə imkan verib. Klinik sınaqlarda Grape həkimləri xeyli üstələyib. Model 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Bu o deməkdir ki, model təkcə daha çox xərçəng halını aşkar etməklə kifayətlənməyib, həm də yalnış pozitiv nəticələrin sayını azaldıb. Məsələn, Grape bir pasientdə mədə xərçəngini rentgenoloqların aşkarlamasından 6 ay əvvəl, artıq gec mərhələdə müəyyən edib. Mədə xərçəngi dünyada onkoloji səbəblərdən ölüm hallarının yayılmasına görə dördüncü yerdədir. Bu xəstəliyi erkən mərhələdə aşkar etmək isə son dərəcə çətindir, çünki simptomlar adətən yalnız xəstəlik irəlilədikdə üzə çıxır.

Bundan əlavə, bir çox pasient dəqiq diaqnoz üçün vacib olan endoskopiya kimi narahatedici və invaziv prosedura razılıq verməkdə tərəddüd edir. Məhz bu səbəbdən, KT-yə əsaslanan qeyri-invaziv yanaşma təklif edən Grape bu ciddi maneəni aradan qaldırmaq və diaqnostikanı daha əlçatan etmək məqsədi daşıyır. Grape modeli Çinin bəzi əyalətlərində tətbiq olunmağa hazırlanır. Bu layihə, Alibaba-nın başqa bir süni zəka aləti olan və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün istifadə edilən Damo Panda sisteminin davamı sayılır. 2023-cü ildə Damo Panda ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “inqilabi cihaz” statusu alıb. Alibaba həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir ki, Damo Panda sistemini tibbi xidmətlərə məhdud çıxışı olan bölgələrdə tətbiq etsin. Bu tərəfdaşlığın məqsədi xərçəngin erkən aşkarlanmasını yaxşılaşdırmaq və səhiyyə sahəsindəki bərabərsizliyi azaltmaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see391

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see344

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see312

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see289

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see256

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see251

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see244

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see243

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see239

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see230

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see220

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see216

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see210

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see199

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see190

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see189

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see178

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see169

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri