Icma.az
close
up
RU
Mədənçilik tarixinə qısa baxış AZƏRTAC

Mədənçilik tarixinə qısa baxış AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 dekabr, AZƏRTAC

Mədənçilik sənayesinin inkişafı ilə bağlı ilk sənədli xatirələr qədim kitablarda, əlyazmalarda və salnamələrdə tapılıb. Texniki cəhətdən ən inkişaf etmiş qədim ölkələrdən biri Misir idi. Hələ bu gün də arxeoloqlar piramidaların və sfinksin necə yaradılmasının, ucaldılmasının sirlərini aça bilmirlər. Qazıntılar zamanı tapılan məlumatların əksəriyyəti göstərir ki, ən inkişaf etmiş mədən sahəsi qeyri-filiz yataqlarının işlənməsi ilə bağlı idi.

Sonralar Mərkəzi Avropada tədricən metallurgiya inkişaf etdirildi, bu da mədən sənayesinin əlverişli yerləşdirilməsini və inkişafını asanlaşdırdı. O zaman mədənlər hələ aktiv vulkanlardan uzaq olmayan dağlarda işlənilirdi. Orada qazıntılar həm də kömür yataqlarında aparılırdı. Çünki insanlar hələ qədim dövrlərdən bu faydalı qazıntının yanma potensialını kəşf etmişdilər.

Daş dövrünün dəmirlə əvəz olunması ilə mədənçilik işləri xeyli modernləşdirildi. Mədənlərdə işi asanlaşdıran yeni alətlər istifadə olunurdusa da, əsas ağırlıq yenə insanların çiyinlərində idi. Texniki inkişaf tədricən davam etdi və insan gücünün əvəz edilə biləcəyi texnologiyanın meydana gəlməsi ilə bir neçə əhəmiyyətli kəşf baş verdi.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatlar texniki elmlər üzrə fəlsəfə doktoru Azər Şükürovun “Mədənçilik tarixinə qısa baxış” mövzusunda məqaləsində yer alıb.

Məqalədə daha sonra deyilir:

Dünya mədən sənayesində böyük bir irəliləyiş XV-XVI əsrlərdə, mədənçilik üsullarının modernləşdirildiyi zaman baş verdi. Metal ən çox tələb olunan əsas xammaldan birinə çevrildi. Davamlı hərbi əməliyyatlar, səlib yürüşləri, yeni torpaqlar uğrunda mübarizələrə nəzər salsaq, çoxlu miqdarda dəmir istehsal edən ölkələrin üstünlüynü görərik.

O vaxta qədər yataqların işlənməsi yalnız Yer səthində aparılırdı, lakin ehtiyatlar tez də tükənirdi. Dünyada insan əməyinə ehtiyac duymayan ilk texniki vasitə olan at ötürücüsü icad edildi. Lakin əsas irəliləyiş suyun hərəkətverici qüvvə kimi istifadəsi ilə baş verdi. Sonralar bu inkişaf sayəsində mədənlərin dərinliyi 150 metrə çatdırıldı. İndi bu rəqəm əhəmiyyətsiz görünür, çünki ən dərin quyu 12 min 300 metr, şaxta isə 5 metrə çatır. Amma o zaman bu, çox böyük nailiyyət idi.

Barıtın kəşf olunması ilə dağ-mədən sənayesində yeni bir irəliləyiş yaşandı. Partlayıcı maddələr sayəsində faydalı qazıntıların üstündə yatan örtük süxur təbəqələrini ayırmaq daha asan oldu. Əlkimya ilə məşğul olan buddist monarxların partlayıcı maddə qarışıqlarının formulunu müəyyən etmələri mədənçiliyə böyük töhfələr verdi.

Növbəti sıçrayış dalğası XIX-XX əsrlərdə oldu. Bu, elektrik ötürücülərinin, çox sayda qazma avadanlığının istehsalata təqdim edilməsi ilə bağlı idi. Bütün bunlar, mədənlərdə işləyən insanların işini xeyli asanlaşdırdı. Şaxtalarda havalandırma sistemi quraşdırlır, kəsici maşınlar və hava ilə işləyən zərbəli çəkiclərdən istifadə olunmağa başlanılırdı. İşçilərin təhlükəsizliyi sənayenin çox vacib bir hissəsinə çevrildi.

Mədənlərdə işləmək həmişə ən çətin və mürəkkəb işlərdən biri hesab olunurdu. İndi bu iş çox yüksək qiymətləndirilir. Hazırda mədənçilik dünya iqtisadiyyatında aparıcı sahələrdən biridir.

Mədən sənayesinin ümumi xüsusiyyətlərini gözdən keçirsək görərik ki, onun strukturu çox sayda sahələri əhatə edir. Buna görə hər bir sahənin tam açıqlanması üçün mükəmməl bir təsnifat yaradılıb.

Hazırda dünyada mədənlərdən ən çox çıxarılan filiz xammalıdır ki, bu da avadanlıq istehsalı, evlərin tikintisi və s. sahələr üçün sənayenin metallarla təmin olunmasına sərf edilir.

Xammal hasilatının əsas üsulları

Dünyanın mədən sənayesinə çoxlu miqdarda faydalı qazıntı yataqlarının cəlb olunmasına müvafiq olaraq yataqların işlənməsi üçün ekvivalent sayda istismar üsulları var.

Faydalı qazıntı Yer səthinə yaxındadırsa, yaxud qalın olmayan örtük süxur qatının altındadırsa, mədən istismarı açıq üsulla aparılır. Texnologiyanın köməyi ilə üst təbəqə götürülərək kənara daşınır, sonra mineral xammal çıxarılır və zənginləşdirmək üçün istehsalata göndərilir. Beləcə, kömürü, əlvan və qara metal filizlərini, silikatları, almazları, qiymətli metallar və.s. çıxarılır.

Mineral xammal Yerin altında daha dərindədirsə, şaxta metodundan istifadə etmək daha məqsədəuyğundur. Bunun üçün Yer səthində dərin quyu – şaxta lüləsi qazılır və ondan da müxtəlif istiqamətlərdə qazmalar keçilir. Adətən 1,5 kilometrə qədər dərinliyə texnika və insanlar endirilir, sonra istehsal başlayır. Çıxarılan xammalın səthə daşınması üçün prosesi avtomatlaşdırmaq, sürətləndirmək və asanlaşdırmaq məqsədilə konveyerlərdən istifadə olunur.

Kömür hasilatı üçün hidravlik metoddan da istifadə olunur. Kömür layı təzyiq altında vurulan su ilə dağıdılır. Sonra, xüsusi novlar boyunca axınla səthə nəql olunur və susuzlaşdırılır. Filiz mədənçilik sənayesi hələlik bu cür metodlardan istifadə etmir.

Neft və qaz tamamilə fərqli bir şəkildə çıxarılır. Onları əldə etmək üçün dərin quyular qazılır. Əlavə olaraq nasos avadanlığından istifadə edilir, bunun sayəsində yanacaq səthə daxil olur. Bənzər bir sistem mineral suların çıxarılması üçün də istifadə olunur. Ən keyfiyyətli su dərinliyi 1 kilometrdən çox ola bilən artezian quyularından çıxır.

Mədənçilikdə lider ölkələr

Dağ-mədən sənayesi ölkənin iqtisadi qüdrətinə çox güclü təsir göstərir. Buna görə də həmin sahəyə böyük miqdarda investisiya qoyulur Dövlətlər davamlı olaraq faydalı qazıntıların çıxarılmasının səviyyəsinə uyğun olaraq rəqabət aparırlar. Bu, təkcə mədən sənayesi üçün deyil, həm də tədqiqat, texniki inkişaf və yeni faydalı qazıntı yataqlarının axtarışı üçün maliyyələşdirməyə təkan verir.

Faydalı qazıntıların istehsalını əks etdirən lider ölkələr:

Dəmir filizi: Çin, Avstraliya, Hindistan, Braziliya, Rusiya, Ukrayna, ABŞ, Cənubi Afrika, İran, Kanada

Mis: ABŞ, Çin, Peru, Rusiya, Qazaxıstan, Çili, Zambiya, Avstraliya

Boksit: (alüminium filizi) Çin, Avstraliya, Braziliya, Yamayka, Venesuela, Surinam, İndoneziya, Rusiya, Hindistan

Kömür: Çin, ABŞ, Hindistan, Rusiya, Ukrayna, İndoneziya, Cənubi Afrika, Qazaxıstan, Polşa, Avstraliya

Neft: ABŞ, Səudiyyə Ərəbistanı, Çin, İran, İraq, BƏƏ, Rusiya, Braziliya, Meksika, Küveyt, Venesuela

Qaz: Kanada, ABŞ, Qətər, Rusiya, Norveç, Çin, İran, Hollandiya, Səudiyyə Ərəbistanı, Əlcəzair

Qızıl ABŞ, Avstraliya, Peru, Rusiya, Özbəkistan, İndoneziya, Kanada, Qana, Cənubi Afrika, Çin

Almaz: Hindistan, Cənubi Afrika, Avstraliya, Anqola, Kanada, Rusiya, Botsvana,

Bu sənayedə hasil olunan xammal metallurgiya, tikinti, dünya iqtisadiyyatı və enerjidə böyük əhəmiyyətə malikdir.

Dünyanın mineral ehtiyatlarının 75 faizi ABŞ, Rusiya, Çin, Hindistan və Avstraliyanın payına düşür.

Mədənçilik problemləri

İstehsalın hər bir sahəsinin həmişə çatışmazlıqları olur ki, bu da tək texniki deyil, həm də böyük vəsait itkisinə və hətta qəzalara səbəb ola bilər. Heç kimə sirr deyil ki, mədənçilik, texnoloji tərəqqi baxımından irəliləyişlərə baxmayaraq, dünyanın ən təhlükəli sahələrindən biridir. İstehsalatda daim insan itkiləri olur. Bu, təbiət hadisələri, texnogen fəlakətlərlə paralel texniki təhlükəsizlik tədbirlərinə əməl edilməməsi, səbəbindən də baş verə bilər.

Dünyanın bütün əhalisini narahat edən ən vacib problemlərdən biri ətraf mühitin çirklənməsidir. Metallurgiya, kimya enerji sənayesi, yanacağın yanması hesabına işləyir, buna görə atmosferə çoxlu miqdarda zəhərli maddələr atılır. Bu, istixana effektinə, mədənçilik sektorunun sənaye sahələrində fəlakətli ekoloji vəziyyətin yaranmasına səbəb olur.

Faydalı qazıntı yataqlarının işlənməsində partlayıcı maddələrin istifadəsi Yer qabığının bütövlüyünün pozulmasına səbəb olur. Karxanalarda və şaxtalarda işlər başa çatdıqdan sonra torpaq örtüyünün yararsız hala düşməsi bu əraziləri özünün evi sayan heyvanların yox olmasına səbəb olur.

Mineral-xammal bazasının zəifləməsi dövrümüzün başqa bir problemidir. Bu gün artıq məlum olan yataqlar tükənir. Ən yüksək keyfiyyətli xammal artıq hasil edilib. Filiz və qeyri filiz mineral xammalın keyfiyyəti sürətlə azalır. Məsələn, XX əsrlə müqayisədə o, 30,7 faiz azalıb və bu, yalnız başlanğıcdır. İndi yüksəkkeyfiyyətli mədən məhsulları əldə etmək çox çətindir.

Mədənlərdə mineral-xammalın kasadlığı bəzi hallarda texnologiyanın düzgün seçilməməsi və qeyri-peşəkar yanaşmalar səbəbindən onların gəlirliliyi əhəmiyyətli dərəcədə azalır və qoyulan vəsait daha çox çətinliklə əldə olunur.

Geoloqların nəhəng axtarış qrupları isə daim xammal tapmaq üçün yeni imkanlar axtarır, həm keyfiyyətcə aşağı olmayan və ya hətta mövcud olanları üstələyəcək yeni yataqlar axtarışındadırlar.

Nəticə

Dağ-mədən sənayesinin dünya iqtisadiyyatındakı faydalılığı, əhəmiyyəti böyükdür. Onun məhsulları sayəsində bəşəriyyətin texniki inkişafı baş verir. Qlobal elektrik enerjisinin hətta 60 faizi yanacaq faydalı qazıntılarının yandırılması ilə əldə edilir. Bu gün həmin sənayenin əsas problemi ətraf mühitin çirklənməsidir. Bu səbəbdən ekoloqlar alternativ mənbələrlə onları əvəz etməklə həmin xammaldan istifadə miqdarını minimuma endirməyə çalışırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see467

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see391

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see387

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see378

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see345

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see292

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see290

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see286

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see271

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see264

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see256

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see252

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see252

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see248

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see246

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see245

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see243

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see235

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see232

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri