Icma.az
close
up
RU
Keyptaunda “Afrika Mədənçilik Həftəsi” keçiriləcək

Keyptaunda “Afrika Mədənçilik Həftəsi” keçiriləcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qahirə, 27 iyun, AZƏRTAC

Oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində “Afrika Mədənçilik Həftəsi” keçiriləcək.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, tədbir “İstehsaldan faydayadək. Afrikanın mineral zənginliyini aşkar etmək” şüarı ilə təşkil olunacaq. Tədbirdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin, nazirlərin, 300-dən çox qlobal şirkətin təmsilçilərinin iştirakı gözlənilir.

Həftə çərçivəsində Afrikada mədən sənayesi ilə bağlı bir sıra tədbirlər, o cümlədən strateji və texniki konfranslar, mədən investisiya habı və panel iclasları keçiriləcək. Sessiyalarda ABŞ-Afrika, Çin-Afrika, Avropa, Yaxın Şərq-Afrika tərəfdaşlıqlarında yeni çərçivələr müzakirə ediləcək.

Cənubi Afrika, Zambiya, Kongo Demokratik Respublikası və digər ölkələr öz təcrübələrini, inkişaf planlarını təqdim edəcəklər. İnvestorlar üçün yeni strateji təşəbbüslər və mədənçilik sahəsinin müxtəlif aspektləri müzakirə olunacaq.

Tədbirdə mineralların işlənməsi, dəyər əlavə edilməsi və inklüziv iqtisadi inkişaf sahəsində yeniliklər təqdim olunacaq.

Qeyd edək ki, ən böyük platin istehsalçısı olan Cənubi Afrika dünya üzrə bu metalın bilinən ehtiyatlarının 80 faizindən çoxuna malikdir. Zambiya Afrikanın ən böyük ikinci mis ixracatçısıdır. Bu ölkə 2031-ci ilədək ixracatını illik 3 milyon tona çatdırmağı planlaşdırır. Afrikanın aparıcı mis istehsalçısı olan Konqo Demokratik Respublikası həm də dünyanın ən böyük kobalt təminatçısıdır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri