Icma.az
close
up
RU
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına start verildi

“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına start verildi

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi orta qrant müsabiqəsi çərçivəsində qalib olduğu “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsinin icrasına başlayıb.

12.05.2025-ci il tarixində layihənin icrasına başlanılması ilə əlaqədar olaraq “Miras” İctimai Birliyinin Bakı şəhəri Yasamal rayonu Zərgərpalan tarixi hamamındakı ofisində İdarə Heyətinin yığıncağı keçirilib. İclasda layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin məqsədləri, həyata keçiriləcək fəaliyyətlər və tədbirlər planı barədə ətraflı məlumat verib, layihə çərçivəsində görüləcək işlər müzakirə olunub. Eyni zamanda layihədə iştirak edəcək tərəfdaş və ekspertlər, cəlb ediləcək hədəf qrupları haqqında fikir mübadiləsi aparılıb. ilkin mərhələdə həyata keçiriləcək fəaliyyətlər üzrə vəzifə bölgüsü müəyyən edilib.

Qeyd edək ki, Bakı şəhərində həyata keçiriləcək bu layihənin əsas məqsədi “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə mədəni irs sahəsində cəmiyyətin maarifləndirilməsini təmin etməkdir. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, eləcə də elmi qurumlardan maraq qrupları cəlb olunacaq, mədəni irs sahəsində savadlılıq təşviq ediləcəkdir. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanacaq, qruplar üzrə sertifikatlı kurslar və praktiki təlimlər təşkil olunacaq, həmçinin müvafiq təhsil müəssisələrinin şagird, tələbə və müəllim heyəti üçün seminarlar keçiriləcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri