Icma.az
close
up
RU
“Mədəni irs və qayıdış hüququ”

“Mədəni irs və qayıdış hüququ”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.

Konfransda dünyanın 60-dan çox ölkəsini təmsil edən 100-ə yaxın qonaq, Azərbaycandan 100-dən çox ekspert, alim, ictimai xadim və dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

Konfransın açılışında Qərbi Azərbaycan İcmasının ölkədaxili və beynəlxalq fəaliyyətindən, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə həssas münasibətindən bəhs edən film nümayiş etdirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı və Qayıdış üzrə Təşəbbüs Qrupunun sədri Əziz Ələkbərli İcmanın əsas missiyasının 200 ildən artıq müddətdə mərhələ-mərhələ Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıdış hüququnu təmin etmək olduğunu deyib və Ermənistanla sülh prosesinin irəliləməsi fonunda erməni və azərbaycanlıların birgəyaşayışının yeganə yolunun qayıdış hüququnun tanınması olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti bu ədalətli prosesə dəstək verməyə çağırıb.

Xarici qonaqlar adından Türkiyə Böyük Millət Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Şamil Ayrım çıxış edərək qardaşlıq mesajını çatdırıb və Qərbi azərbaycanlıların deportasiyalarının insanlığa qarşı törədilmiş ağır cinayət, regionda balansı pozmuş tarixi ədalətsizlik olduğunu qeyd edib. Türkiyənin həmişə Azərbaycan xalqının yanında olduğunu vurğulayan natiq Ermənistanın monoetnik dövlətə çevrilməsinin nəticələrinin regionda yaratdığı təhlükələri diqqətə çatdırıb və qayıdışın ədalət və sülh üçün vacib olduğunu bildirib.

Açılış sessiyasından sonra Türkiyə, ABŞ, Cənubi Afrika Respublikası, İtaliya, Litva və Misiri təmsil edən, Qərbi Azərbaycan məsələsinə böyük dəstəyini göstərən 7 şəxsə Qərbi Azərbaycan İcmasının fəxri üzvlük sertifikatları təqdim olunub.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluq etdiyi konfransın qayıdış hüququnun hüquqi və mənəvi əsaslarının təhlilinə həsr olunmuş ilk panelində çıxış edən İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru, professor Yaşar Sarı, fransalı tarixçi Maxime Gauin, Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer, eləcə də İspaniyanın Pan-Avropa təşkilatını təmsil edən professor Carlos Uriarte beynəlxalq təcrübə fonunda qayıdış hüququnun dövlətlərarası münasibətlərdəki yerindən və Ermənistanın üzərinə düşən humanitar öhdəliklərdən bəhs edib.

Böyük Britaniyadan Klaus-Peter Ralf Juergensin moderatorluq etdiyi maddi irsin qorunması məsələlərinə həsr edilmiş ikinci paneldə çıxış edən Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid, İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Carlo Marino, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və amerikalı professor Michael Martin Gunter Ermənistan ərazisində Azərbaycan irsinə qarşı aparılmış dağıdıcılığın hüquqi qiymətləndirilməsi və bərpa imkanları barədə fikirlərini bölüşüblər.

Polşadan AVIM təmsilçisi Jakub Koreybanın moderatorluq etdiyi “Qeyri-maddi irs – aşıq sənəti, musiqi, folklor, şifahi yaddaş, mədəni ənənələr” mövzusuna həsr edilən üçüncü paneldə çıxış edən Bolqar Elmlər Akademiyasının professoru Nadia Boyadjieva, “artXchange Global” təşkilatının direktoru Ornela Ramasauskaite, İordaniya Haşimi Universitetindən professor Moh’d Vahib Ali Hussein və isveçli rejissor Mikael Silkeberg çıxışlarında mədəniyyətin qaçqınlığa məruz qalmış icmaların kimliyini qorumaqda rolunu və Qərbi Azərbaycan irsinin dünyaya tanıdılması yollarını vurğulayıblar.

ABŞ-ın Qrinsboro Universitetinin professoru Ali Kaan Askerin moderatorluq etdiyi beynəlxalq əməkdaşlığa həsr olunmuş sonuncu paneldə çıxış edən Türkiyə Milli Müdafiə Universitetinin dekanı İbrahim Ethem Atnur, Almaniyanın BWA Qlobal İqtisadi Şəbəkəsinin federal direktoru Urs Emil Unkauf, Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs və Qırğızıstandan sabiq səfir, Kairat Osmonaliyev qayıdış hüququnun müdafiəsində qlobal həmrəyliyin gücləndirilməsi, təşkilatlararası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq hüquqi alətlərin səmərəli tətbiqindən danışıblar.

Daha sonra Beynəlxalq Final Universitetinin professoru, Qərbi Azərbaycan İcmasının fəxri üzvü Hüseyin İşıksal konfransın yekun sənədini səsləndirib.

Sonda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın yekun sənədi oxunub.

***

Cənubi Afrikadakı Ərəb və İngilis kanalları üçün "Əl-Cəzirə" Media Şəbəkəsinin keçmiş büro rəhbəri Thembisa İqnatius Fakude XQ-yə açıqlamasında bildirib ki, bu cür maarifləndirici konfranslar keçirildiyi ölkənin problemi ilə yanaşı, digər dövlətlərdə yaşayan xalqların da mədəni irsinə dəyən zərərlərin işıqlandırılması baxımından əhəmiyyətlidir:

– Bu tədbirlər bizə göstərir ki, mədəni irsin məhv edilməsi lokal məsələ kimi qalmır, əksinə, beynəlxalq təhlükəsizlik sisteminə təsir göstərən qlobal problemə çevrilir. Mən hesab edirəm ki, burada səslənən hər bir fikir həm bölgənin tarixi yaddaşının bərpasına, həm də müxtəlif cəmiyyətlər arasında etimadın formalaşmasına xidmət edir. Çünki mədəni irsin dağıdılması gələcək nəsillərin milli kimliyinə qarşı yönəlmiş addımdır. Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası kimi mövzuların beynəlxalq tribunalarda gündəmə gətirilməsi qlobal humanitar hüququn müdafiəsi üçün vacib presedent yaradır. Çünki məhz bu kimi müzakirələr vasitəsilə dünyaya mesaj veririk ki, mədəni irsə qarşı törədilən heç bir vandalizm aktı cəzasız qalmamalıdır. Əks halda, humanitar hüququn mənası itər.

Fransız tarixçi və akademik Maksim Qauin isə məsələ ilə bağlı XQ-yə şərhində söyləyib ki, tarix boyu erməni siyasi-ideoloji dairələrin məqsədli şəkildə yürütmüş olduqları siyasətin nəticəsində Azərbaycan torpaqlarında əsrlər boyu formalaşmış mədəni irs planlı şəkildə məhv edilib.

– Qarabağdan Zəngəzura, İrəvan xanlığından Göyçəyə qədər saysız-hesabsız məscidlər, türbələr, qəbiristanlıqlar, memarlıq nümunələri yerlə-yeksan edilib, üzərindəki azərbaycanlılara aid izlərin tamamilə silinməsinə çalışılıb. Bir məqama da toxunmaq istəyirəm ki, regionda Azərbaycanla yanaşı Türkiyə də erməni vandallığının hədəfinə tuş gəlib. Fransanın Xarici İşlər Tarixi arxivində olan sənədlərdə qeyd olunur ki, təkcə 1920-ci ilin yaz və yay aylarında minlərlə türk öldürülüb, on minlərlə insan öz doğma yurdlarından qovulub. Eyni dövrdə və sonrakı illərdə erməni silahlı dəstələri və onları dəstəkləyən siyasi dairələr Anadolu torpaqlarında da sistemli şəkildə mədəni irsi məhv ediblər. Yüzlərlə türk kəndi yandırılıb, minlərlə tarixi abidə dağıdılıb. Azərbaycanlıların Qərbi Azərbaycandan qovulmaları ilə bağlı hadisələri araşdırmaq, həmin insanların gələcəkdə doğulduqları torpaqlara qayıdış perspektivlərini, eləcə də bütün bunların Azərbaycan, Ermənistan və Türkiyə arasında barışığa necə töhfə verə biləcəyini tədqiq etmək vacibdir. Bəzi dairələr azərbaycanlıların geri dönüşünü Ermənistan üçün guya aqressiv və təhlükəli addım kimi təqdim etməyə çalışırllar. Düşünürəm ki, bu cür yanlış yozumların qarşısını almaq üçün bir araya gəlmək mütləqdir.

Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım XQ-yə açıqlamasında söyləyib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına geri dönüş məsələsi beynəlxalq hüququn, xüsusilə də insan hüquqları sisteminin təməl sütunlarından birini təşkil edir:

– Bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) 1948-ci il tarixli İnsan Hüquqları Ümumdünya Bəyannaməsinin 13-cü maddəsində açıq şəkildə ifadə olunub. Həmin maddəyə əsasən, hər bir fərdin öz ölkəsinə dönmək hüququ var. Müddəa kütləvi şəkildə didərgin salınmış əhalilərin geri dönüşünü beynəlxalq hüquqi norma çərçivəsində təmin edən universal prinsip kimi qəbul edilir. Lakin çağdaş hüquq və humanitar təcrübə göstərir ki, qayıdış anlayışı coğrafi məkanla fiziki təmas kimi qiymətləndirilməməlidir. Əsl mənada geridönüş mədəni kimliyinə və mənəvi irsinə də qovuşmaqla mümkündür. Burada söhbət xalqın kollektiv yaddaşının və hüquqi-siyasi varlığının bərpasından gedir. Erməni silahlı qüvvələri tərəfindən zorla öz ata-baba yurdlarından çıxarılan Qərbi azərbaycanlıların məsələsi təkcə deportasiya faktı ilə bitmir. Həmin kontekstdə mədəni irsə yönəlmiş hücumlar da insan hüquqlarının, mədəniyyətin qorunması üzrə beynəlxalq konvensiyaların, xüsusilə UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasının pozuntusu kimi qiymətləndirilir.

Devis Mərkəzində Soyuq Müharibə Tədqiqatları Layihəsinin direktoru, Harvard Universitetinin professoru Dr. Mark Kramer XQ-yə şərhində müharibənin heç vaxt mədəni irsin qorunması üçün əlverişli mühit yaratmadığını vurğulayıb:

– Minilliklər boyu silahlı münaqişələr mədəni abidələrin və artefaktların dağıdılması, talan edilməsi, habelə mədəni məkanlara uzun müddət çıxışın məhdudlaşdırılması ilə müşayiət olunub. Bu praktikaların kökləri qədim dövrlərə gedib çıxır. Məsələn, Roma imperiyasının işğallarını xatırlamaq kifayətdir. Orada da fəth edilən torpaqlarda bütöv şəhərlər yerlə-yeksan edilirdi. Eyni tendensiyanı qədim Yunanıstan və digər sivilizasiyaların tarixində də görmək mümkündür. Başqa sözlə, bu gün müzakirə etdiyimiz anlayış yeni yaranmış bir konsepsiya deyil. Əksinə, müharibələrin ənənəvi təzahür formalarından biridir. Azərbaycan kimi ölkələrin üzləşdiyi real təcrübə göstərir ki, mədəni irsə qarşı yönəlmiş sistemli zərər həm hüquqi, həm də institusional səviyyədə daha güclü müdafiə mexanizmlərinin yaradılmasını tələb edir. Məhz buna görə mədəni irsin qorunması humanitar hüququn tərkib hissəsi kimi getdikcə daha vacib mövzuya çevrilir və münaqişə bölgələrində mədəni mirasın təhlükəsizliyi beynəlxalq gündəliyin ayrılmaz elementi olaraq qalır.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2025 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see349

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see248

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see233

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see231

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see205

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see195

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see192

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see180

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see178

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see177

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see175

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see174

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see167

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see166

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see166

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see166

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see150

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see150

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see149

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri