Icma.az
close
up
RU
İtaliyada mədəni irs necə qorunur?

İtaliyada mədəni irs necə qorunur?

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya mədəni irsi sadəcə keçmişdən qalan abidə və sənət nümunələrinin məcmusu kimi deyil, milli kimliyin canlı və davam edən forması kimi qəbul edən ölkələrdəndir. Burada irs muzey vitrini və ya turistik dekorasiya səviyyəsində anlaşılmır, o, cəmiyyətin özünü dərketmə üsullarından biri, zamanla formalaşan kollektiv yaddaşdır. Bu yanaşma İtaliyada mədəni irsin qorunmasını emosional çağırışlardan və qısamüddətli siyasi qərarlardan uzaqlaşdıraraq elmi bilik, institusional ardıcıllıq və etik məsuliyyət üzərində qurulan bir sistemə çevirib.

Bu sistemin əsas dayaqlarından biri Mədəni irs və Landşaft üzrə Ali Şuradır. Ali statusuna baxmayaraq, Şura icraedici orqan deyil. Onun funksiyası Mədəniyyət Nazirliyinə mədəni irslə bağlı strateji qərarlar üzrə elmi və texniki rəy verməkdən ibarətdir. Normativ aktlar, iri bərpa proqramları, regional landşaft planları və beynəlxalq razılaşmalar siyasi mərhələyə keçməzdən əvvəl elmi qiymətləndirmədən keçir. Məqsəd qərarların ideoloji və ya populist motivlərlə deyil, bilik və məsuliyyət əsasında formalaşmasını təmin etməkdir.

Diqqətçəkən məqamlardan biri Şura üzvlərinin dövlət məmuru olmamasıdır. Onlar ştat vəzifəsi tutmur, daimi maaş almır və siyasi iyerarxiyanın tərkib hissəsi sayılmırlar. Şura əsasən akademik mühitdən olan alimlərdən, tədqiqat institutlarının əməkdaşlarından, muzey və arxiv mütəxəssislərindən, eləcə də beynəlxalq təcrübəyə malik ekspertlərdən formalaşır. Dövlət bu şəxslərə icraçı deyil, müstəqil bilik daşıyıcıları kimi yanaşır. Bu, elmin siyasətə tabe edilməsinin qarşısını alır, eyni zamanda onu qərarvermə prosesindən kənarlaşdırmır.

İtaliya modelində qeyri-hökumət təşkilatları ilə münasibətlər də dolayı, lakin təsirlidir. Ali Şura QHT deyil və onlardan asılı deyil. Bununla belə, ICOMOS, ICOM, ICCROM, Italia Nostra və FAI kimi təşkilatların yaratdığı bilik mühiti sistemin ayrılmaz hissəsidir. Bu qurumlar araşdırmalar aparır, mövqe sənədləri və tənqidi hesabatlar hazırlayır, ictimai müzakirələr formalaşdırırlar. Onların istehsal etdiyi biliklər birbaşa siyasi qərara çevrilməsə də, elmi mühit vasitəsilə institusional qərarverməyə təsir göstərir. Nəticədə vətəndaş cəmiyyəti ilə dövlət arasında intellektual və balanslı əlaqə yaranır.

Mədəni irs İtaliyada dərin ixtisaslaşma tələb edən sahəvi məsələ kimi qəbul olunur. Bu səbəbdən elmi və texniki məsuliyyət əsasən Mədəniyyət Nazirliyinin üzərində cəmlənir. Yalnız təbii fəlakətlər, iri infrastruktur layihələri və ya milli bərpa proqramları kimi fövqəladə hallarda müvəqqəti texniki-elmi komissiyalar yaradılır. Bu hallarda da cəlb olunan mütəxəssislər adətən eyni elmi mühitdən çıxırlar. Elm siyasətə yaxınlaşır, lakin onun tərəfindən mənimsənilmir.

Bu institusional modelin nəzəri əsaslarını İtaliya bərpa nəzəriyyəsi tamamlayır. Burada bərpa texniki əməliyyatlar toplusu deyil, etik və fəlsəfi məsuliyyət aktı kimi dərk edilir. Əsas prinsiplər autentikliyin qorunması, maddəyə hörmət, abidənin zaman içində keçdiyi yolun tanınması və saxtalaşdırmadan uzaq durmaqdır. Abidə dəyişməz obyekt deyil, zamanla transformasiyaya məruz qalan canlı fenomen kimi qəbul olunur.

Bu yanaşma praktikada aydın prinsiplərə çevrilir: bərpa dəyişdirmək və ya “yenidən yaratmaq” deyil, qoruma aktı olmalıdır, zamanın izləri silinməməli, tanınmalı və qəbul edilməlidir, abidəni qeyri-autentik hala gətirən müdaxilələrdən çəkinilməlidir. Bu düşüncə xətti Sezare Brandi, Roberto Lonqi və Umberto Baldini kimi nəzəriyyəçilər tərəfindən formalaşdırılmış, sonradan digər alimlər və bərpaçılar tərəfindən inkişaf etdirilmişdir. Zamanla bu prinsiplər normativ və hüquqi məna qazanaraq məhkəmə təcrübəsində də istinad nöqtəsinə çevrilmişdir.

Bu kontekstdə mediada tez-tez rast gəlinən “bərpa abidəni qədim ehtişamına qaytardı” kimi ifadələr İtaliya elmi ənənəsində ciddi konseptual səhv sayılır. Çünki mədəni irs keçmişə qaytarılmır, keçmiş artıq mövcud deyil. Qorunan, zamanın içindən keçərək bu günə çatan maddi və mənəvi dəyərdir. Onu “əvvəlki halına” qaytarmaq iddiası saxtalaşdırmanı legitimləşdirmək riskini daşıyır.

İtaliya təcrübəsi göstərir ki, mədəni irsin qorunması təkcə hüquqi və institusional mexanizmlərdən ibarət deyil. Bu, eyni zamanda mənanı anlama, rezonansı hiss etmə və etik məsuliyyət daşıma bacarığıdır. Gözəllik və yaxşılıq birlikdə hərəkət etdikdə məna yaranır. Hərəkətsiz gözəllik bəzəyə, hərəkətsiz yaxşılıq isə moralizmə çevrilir. Mədəni irs isə məhz bu hərəkətin içində yaşayır.

İtaliya modeli göstərir ki, mədəni irsi qorumağın ən effektiv yolu onu gündəlik siyasi konyunkturadan kənarda saxlamaq, elmi bilik, institusional ardıcıllıq və etik düşüncə ilə yaşatmaqdır. Bu yanaşma irsi sadəcə qorumağı deyil, onun mənasını gələcəyə ötürməyi hədəfləyir və davamlılığını da buradan alır.

Fariz Xəlilli

tarix üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri