Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyimizdən də, təşkilat komitəsindən də razıyam Gülyanaq Məmmədova

Mədəniyyət Nazirliyimizdən də, təşkilat komitəsindən də razıyam Gülyanaq Məmmədova

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Son günlər Mədəniyyət Nazirliyinə qarşı aparılan kampaniyanın şahidiyik. Bu cür məsələlərə qarışmaq mənlik deyil. Mən sənətimlə, işimlə məşğulam. Zəhmətlə bu yerə gəlmişəm. Mədəniyyət Nazirliyimizdən çox razıyam. Onlar bizim gözümüzə, qaşımıza vurulmayıb, heç bizdən də rüşvət alan olmayıb. Biz onların diqqətini yalnız sənətimiz, ifamız, mədəniyyətimiz vasitəsilə cəlb etmişik”.
Bu sözləri Azərbaycan və Özbəkistan Respublikasının Xalq artisti  Gülyanaq Məmmədova Demokrat.az-a açıqlamasında bildirib.
" Nazirliyin rəhbərliyi də, təşkilatçılar da sənətimizə, peşəkarlığımıza qiymət verirlər. Uzun illərdir bu sahədəyəm. Dörd mədəniyyət naziri ilə çalışmışam. 1994-cü ildən səhnədəyəm, o vaxtdan xarici ölkələrdə Azərbaycanı təmsil edirəm. Səhnəyə həyatımı, canımı, sağlamlığımı, ailəmi belə qurban vermişəm. Azərbaycan mədəniyyətini layiqincə təmsil etməyə çalışıram. Bu, ad, şöhrət üçün deyil. Məsələn, mənəÖzbəkistanın xalq artisti adı verilib. Bu adı mənə bizim nazirlik yox, məhz Özbəkistan dövləti verib, çünki onların ölkəsində illərlə konsertlər vermişəm. Məni Türkmənistanın dövlət başçısı "Altın əsr" mükafatı ilə təltif edib. Eləcə də Türkiyədə bütün Türk dünyasının sənətçisi adına layiq görülmüşəm. Bu mükafatları mən öz əziyyətimlə qazanmışam. Ayın 8-də, Zəfər Günü münasibətilə Türkiyədə keçirilən tədbirdə mənə "Küresel Başarılar Ödülü" təqdim olundu. Bunun arxasında mənim türk dünyasına olan sevgim, hər bir türk dilli xalqın musiqisinə olan hörmətim dayanır. Kiməsə görə, kiminsə tanışı olduğuma görə yox".
Xalq artisti Mədəniyyət Nazirliyinə yalnız minnətdarlıq etdiyini deyib:
“Çünki onların təşkil etdiyi tədbirlərdə səhnəyə çıxanda bizim əlimizi sıxıb təşəkkür edirlər, "sağ olun" deyirlər. Heç vaxt kimsədən hədiyyə gözləməmişik, kimsəyə də nəyisə verməmişik. Biz işimizi sevə-sevə, canla-başla görürük. Uşağımı xəstə qoyub tədbirlərə getmişəm, prezidentlərin qarşısında oxumuşam. Abdullah Gül qarşısında çıxış edəndə belə uşağım evdə xəstəydi. Kimsə bu əziyyətlərimizi bilmir. Mənim üçün əsas məsələ ölkəmi və xalqımı layiqincə təmsil etməkdir. Hər kəs öz sənətinə, zəhmətinə görə dəyər alır. Dövlətimiz, Nazirliyimiz bu zəhməti qiymətləndirir. Mən buna şahidəm. Heç kimdən nə rüşvət alınır, nə də kiməsə qarşı belə bir yanaşmamız var. Şəxsən öz adıma deyə bilərəm ki, utanaram, xəcalət çəkərəm bircə dənə çöp verməyə. Mənim üçün ən böyük hədiyyə, ən böyük uğur xalqdır. Mən bu səsi, bu əmanəti qorumağa çalışıram. Toydan qazandığım pulları səhnə fəaliyyətimə, yeni mahnılara, başqa xalqların musiqilərinin öyrənilməsinə sərf edirəm. Məsələn, Qırğızıstanda keçirilən tədbirdə qırğız dilində mahnı ifa etdim. Orada olan nazirlər, nümayəndələr mənə təşəkkür etdilər. Onlar mədəniyyət sahəsinin adamları deyildilər, amma məni anlayıb qiymətləndirdilər. Bu, mənim üçün böyük qürurdur. Bu son məsələ ilə bağlı kiməsə nəysə deyə bilmərəm. Onların da səsi gözəldir, istedadlı insanlardır. Şəxsən mən Mədəniyyət Nazirliyimizdən də, təşkilat komitəsindən də, dövlətimizdən də, Prezidentimizdən də razıyam. Dövlət başçısının sərəncamı ilə xalq artisti adına layiq görülmüşəmsə, bu, mənim üçün böyük şərəfdir. Mənim arxamda xalq dayanır, xalqın dəstəyi və sevgisi dayanır. Xalq varsa, sənətkar var. Xalq varsa, dövlət var. Mən də bu xalqın, bu dövlətin xidmətində olmaqdan qürur duyuram”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri