Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən yeni "Dublyaj" layihəsinə başlanılıb. Layihə üzrə dünyanın məşhur animasiya filmlərinin Azərbaycan dilində səsləndirilməsi həyata keçirilir.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a bildirilib ki, layihənin məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, ana dilimizdə keyfiyyətli dublyaj işlərinə dəstək olmaq və mədəni irsimizin inkişafına töhfə verməkdir.
İlk olaraq mədəniyyət könüllüsü İlahə Alxasova məşhur "Buzlar diyarı" ("Frozen") animasiya filminin sevimli qəhrəmanı Annanın mahnısını Azərbaycan dilində ifa edib. Çəkiliş prosesi Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində aparılıb.
Mədəniyyət könüllüləri “Dublyaj”ın növbəti buraxılışları ilə tamaşaçıların görüşünə gələcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Mədəniyyət Nazirliyindən Demokrat.az-a bildirilib ki, layihənin məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, ana dilimizdə keyfiyyətli dublyaj işlərinə dəstək olmaq və mədəni irsimizin inkişafına töhfə verməkdir.
İlk olaraq mədəniyyət könüllüsü İlahə Alxasova məşhur "Buzlar diyarı" ("Frozen") animasiya filminin sevimli qəhrəmanı Annanın mahnısını Azərbaycan dilində ifa edib. Çəkiliş prosesi Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində aparılıb.
Mədəniyyət könüllüləri “Dublyaj”ın növbəti buraxılışları ilə tamaşaçıların görüşünə gələcək.
Baxış sayı:100
Bu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















