Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 18 dekabr - Qətər Dövlətinin Milli Günü münasibətilə təşkil olunmuş rəsmi tədbirlərdə dəvətli qonaq qismində iştirak edib.
"Unikal" xəbər verir ki, Qətər Dövlətinin Milli Təntənəli Tədbirlər Komitəsinin təşkilatçılığı ilə 18-20 dekabr tarixlərində Ummu Salal Məhəmməd rayonundakı Darbu Səin iqamətgahında keçirilən Milli Gün tədbirləri bu il “Səninlə birlikdə yüksəlir və səndən gözləyir” şüarı altında gerçəkləşib.
Tədbirlər çərçivəsində Qətər Dövlətinin tarixi, milli dəyərləri, mədəni irsi və müasir inkişaf mərhələsini əks etdirən geniş proqram təqdim olunub.
Rəsmi proqram zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Qətər Dövlətinin mədəniyyət naziri Əbdürrəhman bin Hamad əl-Tani göstərilən diqqət və ehtirama görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Qətər Dövlətinin Milli Günü ölkənin dövlətçilik tarixinin, milli birliyinin və mədəni kimliyinin təcəssümü olmaqla yanaşı, hər il beynəlxalq qonaqların iştirakı ilə yüksək səviyyədə qeyd olunan mühüm dövlət bayramıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















