Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal böyüyür Xoşagəlməz mənzər ə aranı qatdı

Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqal böyüyür Xoşagəlməz mənzər ə aranı qatdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər Mədəniyyət Nazirliyi ətrafında narazılıqlar müşahidə edilir. Belə ki, 9 noyabr Bayraq Günü münasibətilə qurumun rəsmi paylaşımında Azərbaycan bayrağının təhrif olunması və müğənni Nura Surinin nazirliyin xanım məmurunu rüşvətdə ittiham etməsi ilə bir sıra qalmaqallı hadisələr ortaya çıxıb. İfaçı iddia edir ki, bəzi sənətçilər, hətta Xalq artistləri belə, tədbirlərə dəvət almaq üçün Mənzər adlı şəxsə hədiyyə və pul verir. Sənət yoldaşları da Surinin paylaşımına dəstək verərək bunu təsdiqləyiblər. Eyni zamanda, nazirliyin fəaliyyətini tənqid edən jurnalist Fərid Şahbazlı sosial şəbəkə hesabında qeyd edib ki, qurumun fəaliyyəti dövlət dəstəyinə adekvat deyil və ciddi idarəçilik boşluqları yaranıb.

Mədəniyyət Nazirliyində nə baş verir?

Globalinfo.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, mədəniyyət və incəsənət sahəsində olan narazılıqlar uzun illərdir davam edir:

“Yaradıcı insanların əksəriyyəti ticarətlə məşğul deyil, onların əsas gəlir mənbəyi dövlət maaşı və şəxsi fəaliyyətləridir. Dövlət qarşısında yeganə tələbləri diqqət və qayğıdır. Təəssüf ki, son illər Mədəniyyət Nazirliyinin bu məsələdə fəaliyyəti zəifləyib. Qurumda əsasən müəyyən çevrələrə, yaxın adamlara diqqət göstərilir, tədbir və layihələrdə eyni şəxslər təmsil olunur. Nazirlik xətti ilə həyata keçirilən qrant layihələrin çoxu mədəniyyət və ədəbiyyatla əlaqəsi az olan təşkilatlara verilir. Mədəniyyət, kreativ sənaye ilə bağlı ideyaları və layihələri olan xeyli mütəxəssisə maraq göstərilməyib. Bu vəziyyət yaradıcı insanların ruhdan düşməsinə və bu sahədə durğunluğa gətirib çıxarıb. Nazirlik yanında İctimai Şuranın isə sadəcə adı var, fəaliyyəti görünmür”.

Aydın Xan Əbilov

Kultroloq qeyd edib ki, Mədəniyyət Nazirliyi gənc və orta nəsil yaradıcı insanları demək olar dəstəkləmir:

“Həmçinin qurumun saytında dil və üslub səhvləri, musiqi məktəblərində imtahanlarla bağlı narazılıqlar var, incəsənət xadimlərinə bərabər münasibətin olmaması, eləcə də görkəmli sənətçilərin vəfatından sonra onlara laqeyd münasibət də ciddi tənqid olunur. Vaxtilə Azərbaycanın mədəniyyətinə böyük töhfələr verən, xalqın sevdiyi sənətçilərin dəfn məsələlərində də diqqətsizlik müşahidə olunur. Onların xidmətləri və xatirəsi layiqincə qiymətləndirilməlidir”.

Yazıçı əlavə edib ki, nazirliyin tədbir və forumlarında çox vaxt mədəniyyətimizə birbaşa bağlı olmayan şəxslər iştirak edir:

“Tanınmış yerli kulturoloq və mütəxəssislər isə bu cür tədbirlərdən kənarda qalır. Bu hal həm ictimai etimadı azaldır, həm də peşəkar mühitdən uzaq təsəvvür yaradır. Ümumilikdə, Mədəniyyət Nazirliyinə olan inam sürətlə azalır,  mədəniyyət və sənət yönümlü fəaliyyətlərə maraq zəifləyir. Halbuki ölkənin mədəni potensialının qorunması üçün dövlət qurumları, xüsusən də Mədəniyyət Nazirliyi, daha şəffaf, ədalətli və inklüziv siyasət yürütməlidir. Bunun üçün nazirlik yanında İctimai Şura yenidən formalaşdırılmalı, Prezidentin nəzarəti altında yeni, kreativ və peşəkar tərkibli bir qurum yaradılmalıdır. Əks halda, mədəniyyət sahəsindəki böhran daha da dərinləşəcək”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri