Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi musiqi müəllimlərini aldatdı Müəllimlərin 30 faizi işdən çıxarıldı

Mədəniyyət Nazirliyi musiqi müəllimlərini aldatdı Müəllimlərin 30 faizi işdən çıxarıldı

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Burada niyyət xoşməramlıdır. Sosial şəbəkələrdə attestasiya ilə bağlı təhdidlər yayılır ki, bu, hansısa işdən çıxarılma prosesidir. Qətiyyən belə deyil. Biz həmkarlarımızla görüşlərdə dəfələrlə bildirmişik ki, attestasiyanın məqsədi Azərbaycanın incəsənət məktəblərində çalışan müəllimlərlə bağlı dataların əldə edilməsidir. Biz bilməliyik ki, onların hansı bacarıqları var. Çünki sonradan onları təlimlərə cəlb etmək üçün bu imkanlar bizə kömək edəcək.”

Bu fikirləri hələ yanvar ayında Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov İTV-yə açıqlamasında bildirmişdi.

Valehov çıxışında qeyd etmişdi ki, attestasiya prosesi heç bir təşviş və qorxu yaratmamalıdır: “Müstəqillikdən sonra incəsənət və musiqi məktəblərində müəllimlərin attestasiyası aparılmayıb. Bu da bizə müvafiq məlumatların əldə edilməsində çətinlik yaradırdı. Həmin məktəblərdə çalışan müəllimlərin peşəkar bacarıqları barədə dəqiq məlumata malik deyilik. Biz istəyirik ki, bu xəritəni  öyrənək. Ən azı gələcəkdə həmin müəllimlərin müxtəlif qərarların verilməsində, onların karyera inkişafında düzgün addımlar atmaq üçün bu məlumat bazası bizə lazımdır. Məhz buna görə də bu proses həyata keçirilir.”

Nazirliyin nümayəndələri attestasiyadan sonra heç bir müəllimin işdən çıxarılmayacağına dair vəd versələr də, fevral-mart aylarında keçirilən imtahanda iştirak edən 1675 müəllimin 492-si tutduğu vəzifəyə uyğun hesab edilməyib. Həmin müəllimlər çalışdıqları müəssisələr tərəfindən işdən azad edilmələri barədə bildiriş alıblar.

Qeyd edək ki, qiymətləndirmə Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində çalışan 1759 fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Lakin onlardan yalnız 1675 nəfəri imtahanda iştirak edib. Bu isə o deməkdir ki, iştirak edən müəllimlərin 30 faizi attestasiya prosesindən keçə bilməyib.

Mədəniyyət Nazirliyi açıqlamasında attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 müəllimin təlimlərə cəlb olunacağını və müəyyən müddətdən sonra keçiriləcək imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklərini qeyd edib.

Lakin aydın olur ki, attestasiya prosesindən keçə bilməyən müəllimlər təkmilləşdirməyə gedəcəkləri təqdirdə belə, onların işdən kənarlaşdırılmayacağına təminat verilmir. Onlar yalnız yenidən işə qəbul prosedurundan keçməlidirlər. Müqayisə üçün qeyd edək ki, Təhsil Nazirliyinin apardığı qiymətləndirmələrdə müəllimlər ilk imtahandan keçə bilmədikdə, ikinci dəfə onlara şans verilir və bu müddət ərzində onlar işdən azad olunmurlar. Lakin Mədəniyyət Nazirliyi öz müəllimləri üçün belə bir imkanı tanımır.

Həmkarlar təşkilatının gözü qarşısında müəllimlər necə aldadılıb?

Müəllimlər isə onların aldadıldığını və sonradan təhdid edildiklərini bildirirlər. 33 nömrəli musiqi məktəbinin müəllimi şikayətində qeyd edir ki, 16-30 il iş təcrübəsi olan müəllimlərə attestasiya protokoluna təkmilləşdirmə adı ilə imza atdırılıb:

“Amma sonra işimizə xitam verildi. Hamımızın sosial vəziyyəti ağırdır, kirayədə qalan müəllimlər var. Cəsarət müəllim efirdə açıq şəkildə bildirmişdi ki, heç bir müəllim işdən çıxarılmayacaq, biz sadəcə bilik səviyyəsini yoxlayırıq. Bu gün isə həm kursa göndərilənləri, həm də attestasiya nəticəsində kəsilənləri işdən çıxarırlar. Komissiyanın 5 üzvü bizə ilkin olaraq təkmilləşdirmə kursuna göndəriləcəyimizi desə də, məktəbdən bizə öz ərizəmizlə işdən çıxmağı təklif edirlər. Bildirilir ki, əgər ərizə yazıb işdən çıxsanız, gələcəkdə imtahanla yenidən qayıda bilərsiniz. Lakin işəgötürən bizə xitam versə, bu, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə olacaq.”

Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi isə işdən çıxarılmanın ən riskli və ağır nəticələr doğura biləcək maddələrindən biridir.

Bu bəndə əsasən, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Bu əsasla işdən çıxarılan şəxslər gələcəkdə yeni iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər.

Ümumiyyətlə, musiqi müəllimləri imtahanların şəffaf və obyektiv keçirilməsinə şübhə ilə yanaşırlar.

Təhdid dolu işdən çıxarılma prosesi həmkarlar təşkilatının gözü qarşısında baş verir. Qeyd edək ki, attestasiya komissiyasının üzvlərindən biri məhz həmkarlar təşkilatının nümayəndəsidir. Lakin onların iştirakı ilə müəllimlərin “təkmilləşdirmə” adı altında kütləvi şəkildə işdən çıxarılması həyata keçirilir.

Mədəniyyət Nazirliyi açıqlamasında tutduğu vəzifəyə uyğun hesab edilməyən yalnız 20 müəllimin Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünü bildirib. Bu maddə aşağıdakı kateqoriyalara aid olan şəxslərin əmək müqaviləsinə xitam verilməsini qadağan edir:

Hamilə qadınlar və üç yaşınadək uşağı olan qadınlar; Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər; Yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəbəqədər yaşda uşağını təkbaşına böyüdən şəxslər; Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər; Şəkərli diabet və ya dağınıq skleroz xəstəliyi olan işçilər; Həmkarlar ittifaqlarının və ya hər hansı siyasi partiyanın üzvü olan şəxslər; Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan ailə üzvü olan işçilər.

Musiqi və incəsənət  məktəbləri bağlanır

Görünən odur ki, 2023-cü ildə Mədəniyyət Nazirliyində yeni rəhbərliyin təyin olunmasından sonra başlanılan islahatlar, atalar demişkən, hələ çox su aparacaq.  Bu islahatların ilk nəticələrindən biri yaradıcılıq və incəsənət mərkəzlərində, musiqi məktəblərində çalışan işçilərin kütləvi şəkildə attestasiya adı ilə işdən çıxarılmasıdır.

Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbində aparılan attestasiya prosesi ciddi narazılıqlara səbəb olub. Xüsusilə, tədris ilinin ortasında müəllimlərin attestasiyaya cəlb edilməsi fevral ayından etibarən musiqi məktəblərində dərs prosesinin iflic vəziyyətinə düşməsinə səbəb olub. Dərslərdə axsamalar müşahidə edilir. Halbuki bu proses tədris ilinin sonunda, yay aylarında da təşkil edilə bilərdi. Hazırda müəllimlərin ilin ortasında tədris prosesindən uzaqlaşdırılması məktəblərin şagirdlərinin də təhsilinə təsirsiz ötüşməyib.

Gununsesi.info -nun əldə etdiyi məlumata görə, ixtisarların əsas səbəbi Mədəniyyət Nazirliyinə tabe olan incəsənət və musiqi məktəblərinin sayının azaldılmasıdır. Belə ki, əldə olunan məlumatlara əsasən, hazırda Bakıda fəaliyyət göstərən 35 musiqi məktəbinin sayının 20-yə endirilməsi planlaşdırılır. Ümumiyyətlə, statistikada həmin məktəblərdə şagird sayının ildən-ilə azaldığı müşahidə edilir.

Hazırda ölkə üzrə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sayı 236-dır. Son 7 il ərzində 4 məktəb bağlanıb, onlardan 2-si musiqi məktəbidir. Hazırda ölkədə 183 musiqi məktəbi fəaliyyət göstərir.

Ümumiyyətlə, statistikaya baxdıqda həm belə müəssisələrdə təhsil alanların, həm də müəllimlərin sayının azaldığını görmək mümkündür.

Belə ki, 2016/2017-ci tədris ilində 185 musiqi məktəbində 48 min 803 şagird təhsil alıbsa, 2024-cü ildə bu rəqəm 39 min 813-ə düşüb. Yəni, son 7 il ərzində musiqi məktəblərində təhsil alan şagirdlərin sayı 18,4% azalıb.

Bu dövr ərzində musiqi məktəblərində çalışan müəllimlərin sayı da 22,7% azalaraq 12 min 786 nəfərdən 9 min 871 nəfərə düşüb.

Eyni tendensiya incəsənət və rəssamlıq məktəblərində də müşahidə olunur. Hazırda belə məktəblərin sayı 53-dür. 2016-cı ildən bəri 2 incəsənət və rəssamlıq məktəbi bağlanıb.

Bu sahədə təhsil alan şagirdlərin sayı 12,8% azalaraq 18 min 226 nəfərdən 15 min 884 nəfərə düşüb. Müəllimlərin sayı isə 16,8% azalaraq 4 min 733 nəfərdən 3 min 937 nəfərə enib.

Statistika göstərir ki, ölkənin yaradıcılıq mərkəzlərində həm təhsil alanların, həm də müəllimlərin sayı sürətlə azalır. Attestasiyadan sonra baş verən kütləvi ixtisarlar isə bu azalma prosesini daha da sürətləndirəcək. Nəticədə dövlət tabeliyində olan yaradıcılıq mərkəzlərinin bağlanması sayının azaldılması qaçılmaz görünür.

Maraqlıdır ki, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin cəmi 17,4%-i ali təhsillidir. Qalan 82,1%-i isə orta ixtisas təhsilinə sahibdir.

Qarşıdakı dövrdə 12 mindən çox müəllimin attestasiyaya cəlb olunacağı gözlənilir və növbəti 2 il ərzində yaradıcılıq və incəsənət müəssisələrində kütləvi ixtisarları müşahidə edəcəyik.

Vüsalə Rüstəmova

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Aprel 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri