Icma.az
close
up
RU
Mədəniyyət sahəsindəki səs küylü mübahislərə sözardı...

Mədəniyyət sahəsindəki səs küylü mübahislərə sözardı...

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Aslan Mustafazadə, musiqişünas

Son vaxtlar təhsil və mədəniyyətlə bağlı bir sıra məsələlər sosial şəbəkələrdə geniş ictimai rezonansa səbəb olur. Xüsusilə ali təhsil müəssisələrinin idarəçilik modelləri, kadr siyasəti, tədris prosesi və şəffaflıq mexanizmləri ilə bağlı müzakirələr ciddi diskurs mövzularına çevrilib.

Sosial mediada konkret şəxslərin adlarının çəkilir, onlar müxtəlif iddia və fikirlərin obyekti olur. Bu proses emosional, bəzənsə qeyri-obyektiv yanaşmalarla diqqəti çəkir. Bu səbəbdən belə məsələlərdə neytral və analitik mövqenin qorunması zəruridir. Çünki istənilən idarəçilik və institusional dəyişikliklər çoxqatlı struktura malikdir və hadisələrin yalnız görünən aspektlərinə əsaslanmaq yetərli deyil. Mən sadə vətəndaş kimi bu məsələdə tamamilə neytral bir mövqedən öz fikirlərimi qeyd edirəm.

Fərəh Əliyeva


Məsələnin institusional idarəetmə aspektlərini nəzərdən keçirərkən qeyd edim ki, Fərəh xanım Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin olunmasından sonra təşkilati mühitdə aparılmış islahatlar xüsusi diqqət çəkirdi. Ali təhsil müəssisələrində korrupsiya və qeyri-şəffaf idarəçilik tendensiyalarının aradan qaldırılması çətin və mərhələli prosesdir. Buna baxmayaraq, qısa zaman çərçivəsində imtahanların keçirilmə mexanizmlərində şəffaflığın artırılması, qiymətləndirmə prosesinin obyektiv meyarlara əsaslanması və tələbə–müəllim münasibətlərinin normalar çərçivəsinə salınması bu istiqamətdə ciddi irəliləyiş kimi qiymətləndirilməlidir. Həmin dövrdə təhsil alan tələbələrin böyük bir qismi qeyd etdiklərimin canlı şahidləridirlər.

Universitetdə və digər musiqi təhsili müəssisələrində fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsi də tədris mühitinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan bir sıra əməkdaşların fəaliyyətini ayrıca qeyd etmək istərdim.

Lalə Hüseynova

Lalə Hüseynova – 2007-2009 cu illər ərzində bizə Bakı Musiqi Akademiyasında “Türk xalqlarının musiqisi” fənnini tədris edirdi. Bu fənn üzrə elmi-nəzəri yanaşmalar, onun tərəfindən tətbiq olunan tədris metodları tələbələrdə fənnə qarşı marağın formalaşmasına, elmi-nəzəri biliklərin sistemli şəkildə qavranılmasına imkan yaradırdı. Qeyd edim ki, Lalə xanımı etik davranışı və pedaqoji mədəniyyətilə institut daxilində nümunəvi müəllim modelini təcəssüm etdirən bir şəxs idi.

Kamilə Dadaşzadə

Kamilə Dadaşzadə – musiqişünaslıq sahəsində əvəzsiz alimlərdən biridir. Onun akademik fəaliyyətində metodoloji ardıcıllıq, mövzuya elmi yanaşma, tələbələrlə iş prosesində obyektivlik və şəxsi nümunəvi davranış əsas meyarlar kimi ön plana çıxır. Bu tip mütəxəssislərin fəaliyyəti yalnız şəxsi deyil, bütövlükdə musiqişünaslıq sahəsinin inkişafına təsir göstərmək potensialına malikdir. Elmi etikaya və şəxsi prinsipiallığa sadiqlik, habelə müasir musiqi elminin tələblərinə uyğun yanaşma tərzi onun pedaqoji fəaliyyətinin mühüm xüsusiyyətlərindəndir.

Ceyran Mahmudova


Ceyran Mahmudova – hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru kimi fəaliyyət göstərir və idarəetmə prosesində nizam-intizamın gücləndirilməsi, tədris prosesinin normativ tələblərə uyğunlaşdırılması və şəffaf idarəetmə prinsiplərinin tətbiqi ilə seçilir. Onun rəhbərliyi altında universitetdə akademik və inzibati proseslərin sistemləşdirilməsi, tədris yükünün səmərəli bölüşdürülməsi, tələbə məmnunluğunun artırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılıb.

Nizami Əsədov


Bundan əlavə, Milli Konservatoriyada elmi işlər üzrə prorektor vəzifəsində olan Nizami Əsədov, eləcə də Elm və Təhsil Nazirliyinin əməkdaşı Turxan Süleymanov uzunmüddətli pedaqoji və elmi hazırlıq, metodoloji savadlılıq və təşkilati bacarıqlarla fərqlənən mütəxəssislər sırasındadır. Onların elmi-nəzəri fəallığı, təhsil sisteminə inteqrasiya olunan yeniliklərə münasibətdə çevik mövqeləri və idarəetmə sahəsində səriştələri ümumi təhsil mühitinin inkişafına müsbət təsir göstərir.

Turxan Süleymanov


Fərəh xanım Əliyevanın kadr siyasəti çərçivəsində bu kimi mütəxəssislərin yetişdirilməsi və onların institusional strukturlara təyinatı idarəçilik prosesinin keyfiyyətinə mühüm töhfə kimi dəyərləndirilməlidir deyə düşünürəm.

Məlumdur ki, hazırkı şəraitdə kadr seçimi və kadr potensialının formalaşdırılması təhsil sisteminin əsas strateji komponentlərindən biri kimi çıxış edir. Bu proses uzunmüddətli hazırlıq, elmi-nəzəri bazanın möhkəmləndirilməsi, pedaqoji səriştənin artırılması və idarəetmə bacarıqlarının inkişafı ilə sıx bağlıdır. Milli Konservatoriyada son illərdə aparılan islahatlar – dərs sisteminin yenilənməsi, tədris prosesində strukturlaşdırılmış yanaşmaların tətbiqi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılmasıtələbə rəy və müşahidələri ilə də təsdiqlənir. Bu islahatlar həm tədrisin keyfiyyətinin yüksəldilməsinə, həm də təhsil sistemində etimadın bərpasına xidmət edir.

Nəticə etibarilə, qeyd olunan dəyişikliklər, müsbət tendensiyalar Azərbaycan təhsili? eyni zamanda mədəniyyətində şəffaflıq kimi qiymətləndirilir. Xüsusilə qeyd edim ki, kadr hazırlığının modernləşdirilməsi və akademik proseslərin təkmilləşdirilməsi istiqamətində atılan addımlar gələcəkdə daha davamlı və səmərəli nəticələr üçün əsas yarada bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri