Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mədəniyyət təhsilində son 1 ildə nə baş verib?

Mədəniyyət təhsilində son 1 ildə nə baş verib?

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan zəngin mədəni irsə malik ölkədir. Bu irsin qorunması və inkişafında incəsənət məktəblərində çalışan müəllimlərin rolu əvəzsizdir. Son bir ildə Mədəniyyət Nazirliyi bu sahədə geniş islahatlara start verib və mədəniyyət təhsilində yeni mərhələnin əsası qoyulub.

Müəllimlərin peşəkar səriştələrinin qiymətləndirilməsi

İlk dəfə olaraq sistemdə çalışan 4 min müəllimin peşəkar bilik və bacarıqları qiymətləndirilib. Niyə görə bu proses vacibdir? Çünki istər sovet dövründə, istərsə də müstəqil Azərbaycan tarixində heç vaxt incəsənət müəllimlərinin peşəkar qiymətləndirilməsi aparılmamışdı. Baxmayaraq ki, orta məktəb müəllimlərinin diaqnostikası, eləcə də sonrakı mərhələdə  sertifaksiyasına 10 il bundan əvvəl başlanılmışdır.

Keçirilən attestasiyanın nəticəsi bu oldu ki, musiqi, incəsənət məktəblərində çalışan müəllimlər keçirilən qiymətləndirmənin  şəffaflığına inana bildilər. Həm də incəsənət məktəblərinin  “təhsilin arxa bağçası” olmadığı qənaəti formalaşdı. İncəsənət məktəblərinin statusu yüksəldi. Bu sahədə çalışan müəllimlər daha ciddi-cəhdlə öz üzərlərində işləməyə başladılar. O da bəllidi ki, attestasiyadan keçən müəllimlər daha çox dərs saatları ilə təmin olunur, bu da onların əməkhaqqlarının əhəmiyyətli artımına səbəb olur.Məsələn, bu gün yüksək səriştəli piano müəllimi 36 saat dərs saatına malik olmaqla 1500 manatdan çox məvacib alır.İncəsənət təhsili təkcə ixtisaslı ifaçı yetişdirmir, həm də insanın fərqli perspektivləri görmək, problemlərə alternativ həll tapmaq qabiliyyətini artırır. Təsadüfi deyil ki, XXI əsrin inteqrativ  təhsil modeli olan STEAM-ın vacib sütunlarından biri incəsənət-artla bağlıdır.

Növbəti ildə incəsənət məktəblərində çalışan 7 mindən çox müəllimin qiymətləndirilməsi yekunlaşacaq. Bu, mədəniyyət təhsilinin sağlam təməllərlə gələcək nəsillərə ötürülməsi üçün mühüm addımdır.

“My Culture” platforması və İMES sistemi

Mədəniyyət Nazirliyi incəsənət təhsilində rəqəmsallaşmanı prioritet elan edib və “My Culture” rəqəmsal platforması istifadəyə verilib. Onun ən vacib hissəsi — İMES (İncəsənət Məktəblərinin Elektron İdarəetmə Sistemi) artıq fəaliyyət göstərir. Bu sistem vasitəsilə:

direktor və müəllimlərin işə qəbulu,

şagird qəbulu,

tədris məlumatlarının toplanması,

attestasiyanın aparılması,

müəllim və məktəb datası

vahid elektron platformada idarə olunur. Növbəti ildən kağız jurnal, gündəlik və şəhadətnamələr tamamilə elektron formaya keçəcək və məzunlar bu sənədlərə öz kodları ilə çıxış əldə edə biləcəklər.

Musiqi, incəsənət məktəblərinin ən problemli sahələrindən biri idarətmədə ciddi problemlər yaradan “Məktəb əsasnaməsi” idi. Bu il incəsənət məktəbləri üçün yeni əsasnamə və tədris təlimatı təsdiqlənib. Bu sənədlər yeni dövr incəsənət təhsilinin ahəngdar idarəedilməsi üçün “kompas” rolunu oynayır.

Bununla yanaşı, uzun illər dəyişməyən tədris planları yenilənib. Əksər ixtisasların proqramları müasir pedaqoji standartlara uyğunlaşdırılıb və proses növbəti il tamamlanacaq.

İncəsənət məktəblərində şagird qəbulunda ilk dəfə elektron sistemin tətbiq olunması bir çox baxımdan əlamətdar idi. Beləki, mədəniyyət nazirliyinə daxil olan vətəndaş müraciətlərinin böyük əksəriyyəti məhz bu qəbildən olan problemlərlə bağlı idi. İndi artıq hər şey diqqətdə, elektron saxlancda və şəffadır.

Təhsilin məzmunu onun əsas arteriyasıdır. Təbii ki, bu proqram və tədris planları, qiymətləndirmə meyarları və dərsliklərdir. Təəssüflə deyilməlidir ki, incəsənət məktəblərində tədris olunan Lidiya Nikolayevna Yeqorova və R. Siroviçin fortopiano dərsliyi 1955-cı ildə nəşr olunub. Müstqəllik tarixində İlk dəfə olaraq yeni fortepiano dərsliyi hazırlanır və bu dərslik yeni tədris ilindən məktəblərin ixtiyarına veriləcək.

“Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinin bərpası vacib prioritetdir. Qarabağın xüsusi incəsənət mirası olduğunu nəzərə alsaq bu sahədə təhsil müəssisələrinin bərpası da mədəniyyətimiz üçün vazgeçilməzdir. Nəzərə alsaq ki, Qarabağın 54 incəsənət məktəblərində 8 minə yaxın şagirdə 2200-dənb çox  müəllim dərs deyir. Bu tədris ilindən təxminən 200 şagird Füzuli, Şuşa, Cəbrayıl və Ağdamda incəsənət təhsilinə başlayıb. Növbəti il bu sayın ən azı iki dəfə artacağı gözlənilir.

Bu şagirdlər Füzulidə Kurmanqazı İncəsənət Məktəbi, Ağdam Muğam Mərkəzi, Şuşa və Cəbrayıldakı mövcud ümumorta məktəblərdə təhsil alırlar. Gələn il Xankəndi İncəsənət Məktəbinin açılması və burada 5 ixtisas üzrə ən azı  100 şagirdin təhsil alması planlaşdırılır.

İncəsənət təhsili müəssisələri infrastrukturunun yenilənməsi hər zaman diqqətdə olan məsələdir. Burada Heydər Əliyev Fondunun xüsusi dəstəyi qeyd olunmalıdır. Bu dəstəklə il ərzində Bakının Bilgəh qəsəbəsi, Gəncə  və Şəkidə 3 yeni incəsənət məktəbinin tikintisinə başlanılıb və növbəti tədris ilindən bu müəssisələr  istifadəyə veriləcək.

Bundan başqa, Xankəndi də daxil olmaqla 5 bölgədə incəsənət məktəblərinin əsaslı təmiri və tikintisinə başlanılacaq.

Mədəniyyət təhsilində yeni ixtisaslar təbii ki rəqəmsal incəsənət və dizaynla assosasiya olunur. Bu nəzərə alınaraq yeni tədris ilindən Mədəniyyət Nazirliyi sisteminə daxil olan pilot məktəblərdə  rəqəmsal incəsənət, dekorativ-tətbiqi sənət, dizayn ixtisasları üzrə tədrisə başlanılacaq.

Azərbaycan incəsənət təhsilində yeni mərhələ

İncəsənət təkcə sənət deyil, həm də sosial-emosional keyfiyyətdir, yaradıcı düşünmə bacarığıdır. Artıq biz bu fərqi tam diqqətə alaraq, süni zəkanın gələcəyi daha çox dizayn edəcəyi mərhələdə incəsənətin önəmini daha dərindən anlamalıyıq. Bu mövzuda mədəniyyət təshilinin üzərinə xüsusi missiya düşür. Necə deyərlər, təhsil insan yaradıcılığı sənətidir.

Sevinc Məhərrəmova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri