Icma.az
close
up
RU
Mədəniyyətə toxunan peşəkar əllər

Mədəniyyətə toxunan peşəkar əllər

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

(Mənim düşüncələrim silsiləsindən)

İnsan oğlu yaranışından bəri hər zaman özü ilə, öz zehninin və ya əllərinin yaratdıqları ilə, yaxud əzəldən mövcud olanlarla ziddiyyət içində olmağı, onları sorğulamağı sevib. O, heç vaxt suallar yaratmağa və bu sualların cavabını axtarmağa tənbəllik etməyib. Hətta, bəzən bu suallar absurd görünsə belə, insan təbiəti onların arxasınca getməkdən çəkinməyib.

Məhz bu xüsusiyyət insanı digər canlılardan fərqləndirən ən mühüm cəhətlərdən biridir. Məsələn, illərdir sənət aləmində müzakirə olunan bir sual var: “Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?” Mənim buna yalnız bir cavabım var: sənət onu anlayan, gözəlliyi görə bilən və ona dəyər verənlər üçündür.

Həqiqi sənət izah edilməz. Onun izaha, uzun şərhlərə və mürəkkəb fəlsəfi yanaşmalara ehtiyacı yoxdur. Əgər vizualdırsa, baxar, hiss edər və valeh olarsan, əgər eşidiləndirsə, ruhuna işləyər, əgər oxunandırsa, onu iliyinə qədər hiss edərsən. Çünki həqiqi sənətin dili hər zaman hisslərin dili olmuşdur. Bəzən sənətin mütləq şəkildə müasir zamana uyğunlaşmalı olduğunu deyənlər də olur. Bu isə yerinə görə dəyişir.

Orta əsrlərdə yazılmış bir hekayə məhz öz dövrünün düşüncə tərzini, məişətini və təsvirlərini yaşatdığı üçün maraqlıdır. Keçmişin ruhunu qorumaq da sənətin missiyalarından biridir. Bu gün operaya, teatra və baletə marağın azalması ilə bağlı fikirlər də nisbidir. Hər bir sənət qolunun öz vəfalı dinləyicisi, tamaşaçısı və sevəni var. Əsl sənət heç vaxt tamamilə unudulmur; o, zaman-zaman fərqli formalarda yenidən öz tamaşaçısını tapır.

Azərbaycan sənətin hər bir sahəsində öz imzasını qoymuş, köklü ənənələri, bir çox ilklərə müəlliflik etməsi və möhtəşəm mədəni irsi ilə dünya mədəniyyət xəzinəsində seçilən bir ölkədir. Əsrlər boyu bu torpaqlarda formalaşan mədəniyyət müxtəlif sənət sahələrinin inkişafına zəmin yaratmışdır. İstər musiqi, istər rəssamlıq, istər teatr, istərsə də digər sənət sahələrində Azərbaycan bir çox ölkələrə nümunə ola biləcək zənginliyə malikdir.

Məhz buna görə Azərbaycan mədəniyyəti təkcə milli sərvət deyil, eyni zamanda dünya mədəniyyətinin ayrılmaz hissəsidir. Bu məqalədə isə mən bu zəngin sənət aləminin yalnız bir qoluna – musiqiyə və xüsusilə operaya toxunacağam. Çünki opera sənəti Azərbaycan mədəniyyətinin həm tarixi, həm də beynəlxalq səviyyədə tanınan ən dəyərli sahələrindən biridir.

Şərqdə və bütün müsəlman Şərqində ilk opera məhz Azərbaycanın adı ilə bağlıdır. Dahi bəstəkar Üzeyir Hacıbəyli “Leyli və Məcnun” əsasında ilk muğam operasını yaratmışdır. Bu əsərin librettosu Məhəmməd Füzulinin eyniadlı poemasının sözləri üzərində qurulmuşdur. Muğam ilə klassik opera janrının vəhdəti nəticəsində yaranan bu əsər yalnız Azərbaycan üçün deyil, bütün Şərq musiqi mədəniyyəti üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur. 1908-ci il yanvarın 25-də səhnəyə qoyulan bu opera sənət tariximizin incilərindən biridir və bu günə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində böyük sevgi və coşqu ilə nümayiş etdirilir. Bir əsrdən artıq müddət keçməsinə baxmayaraq, əsərin aktuallığını və tamaşaçı sevgisini qoruyub saxlaması onun bədii gücünün ən gözəl göstəricilərindəndir.

Bununla yanaşı, Opera və Balet Teatrımızın xüsusilə son illərdə yeni uğurlara və ilklərə imza atmasını da gözardı etmək olmaz. Bu teatr uzun illər ərzində ölkənin musiqi həyatının əsas mərkəzlərindən biri olmuşdur. Vaxtilə bu teatrın səhnəsində Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov və Müslüm Maqomayev kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərləri necə səslənirdisə, bu ənənə bu gün də teatrın fəaliyyətində yaşamaqdadır. Teatr öz fəaliyyətində klassik irsi qorumaqla yanaşı, yeni yaradıcılıq axtarışlarına da geniş yer verir.

Eyni zamanda teatr yalnız milli musiqi irsimizin deyil, dünya klassik musiqisinin də ən dəyərli nümunələrinə həyat verir, məşhur bəstəkarların ölməz əsərlərini yüksək peşəkarlıqla tamaşaçılara təqdim edir. Beləliklə, Opera və Balet Teatrı həm milli musiqi ənənələrinin qorunmasına, həm də dünya musiqi mədəniyyətinin təbliğinə mühüm töhfələr verməyə davam edir. İstər balet, istərsə də operanın ən dəyərli nümunələri Azərbaycan Opera və Balet Teatrının səhnəsində başqa bir nəfəs qazanır.

Onu da qeyd edim ki, son illərdə idarəçilikdə baş verən dəyişikliklər və teatra rəhbərlik edən şəxsin bu sahənin peşəkarı olması teatrın simasını sanki yenidən formalaşdırdı, ona yeni rənglər gətirdi. Bir neçə il əvvəl teatra rəhbər təyin olunan, italyanvari tembrə malik dramatik tenor Yusif Eyvazov mənim fikrimcə, hər bir vokalçının xəyal edə biləcəyi ən nüfuzlu opera səhnələrində çıxış etmiş sənətkarlardandır. O, Paris, Barselona, London, Vyana, Milan və digər şəhərlərin ən mötəbər opera teatrlarında uğurla səhnəyə çıxmış, dünya opera ictimaiyyətinin diqqətini öz sənəti ilə cəlb etmişdir.

İtalyan operası ənənələrinə uyğun güclü və dramatik səsi ilə seçilən sənətkar “Toska”, “Aida”, “Otello”, “Traviata”, “Turandot”, “Manon Lesko” və bir çox digər məşhur operalarda yaddaqalan obrazlar yaratmış, ən mürəkkəb partiyaları böyük ustalıqla ifa etmişdir. Onun ifasında səslənən qəhrəmanlar yalnız vokal texnikası ilə deyil, eyni zamanda emosional dərinliyi və səhnə inandırıcılığı ilə tamaşaçı yaddaşında iz buraxmışdır. Məhz bu xüsusiyyətlər ona dünyanın aparıcı dirijorları, rejissorları və opera sənətçiləri ilə eyni səhnəni bölüşmək imkanı qazandırmışdır.

Yusif Eyvazov Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən peşəkar inkişafını davam etdirmək üçün İtaliyaya yollanır. Təxminən on yeddi il ərzində İtaliyada yaşayan və fəaliyyət göstərən sənətkar opera sənətinin ən incə məqamlarını, vokal məktəbinin ənənələrini və səhnə mədəniyyətinin sirlərini məhz burada mənimsədiyini dəfələrlə vurğulamışdır. Bu təcrübə onun yaradıcılığının formalaşmasında mühüm rol oynamış, sənət yolunun beynəlxalq səviyyəyə yüksəlməsinə zəmin yaratmışdır.

Bu gün Yusif Eyvazov həm dünya səhnələrində çıxış edən tanınmış tenor, həm də Azərbaycan opera sənətinin inkişafına töhfə verməyə çalışan rəhbər kimi fəaliyyət göstərir. Onun rəhbərliyi dövründə teatrın beynəlxalq əlaqələrinin genişlənməsi, xarici mütəxəssislərin layihələrə cəlb olunması və yeni tamaşaların hazırlanması diqqət çəkən məqamlardandır. Xüsusilə gənc vokalçıların və yaradıcı heyətin öz potensialını nümayiş etdirməsi üçün yaradılan imkanlar teatrın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

O, bu gün də beynəlxalq və yerli səhnələrdə mütəmadi olaraq çıxış edərək Azərbaycan opera sənətini layiqincə təmsil etməkdə davam edir. Dünyanın ən mötəbər opera məkanlarında əldə etdiyi təcrübəni ölkəmizin əsas musiqi ocaqlarından biri olan Opera və Balet Teatrının inkişafına yönəltməsi isə xüsusilə təqdirəlayiqdir.

Zəngin repertura malik olan Opera Balet Teatrı son illərdə “Nəsimi” (Səyavuş Kərimi), “Qaratoxmax qadın” (Pyotr Çaykovski), “Toska” (Cakomo Puççini) və yaxın günlərdə tamaşaçıların qarşısına çıxacaq “Otello” (Cuzeppe Verdi) operaları ilə uğurlu işlərə imza atıb. Teatr uzun illər sonra təkrar xarici səfərlərə çıxaraq uğurla çıxış etmişdir. Oman sultanlığının paytaxtı Maskat şəhərində italyan rejissor Davide Livermore və dirijor Fabio Mastrangelo ilə birgə ərsəyə gələn Cakomo Puççinin “Toska” operası yüksək peşəkarlıqla nümayiş olunmuşdur.

Bununla yanaşı Teatrda yeni səhnəyə qoyulan Səyavuş Kəriminin “Nəsimi” operasında Nəsimi obrazını peşəkarlıqla ifa edən gənc və peşəkar vokalçı Ramil Qasımovun da uğurları təqdirəlayiqdir. Bu yaxın günlərdə isə Azərbaycan və Dağıstan respublikalarının Xalq artisti, professor Azər Zeynalovun təqdimatında Cüzeppe Verdinin “Otello” operasının premyerası olacaq.

Başda teatrın rəhbərliyi olmaqla, kollektivin bütün üzvlərini uğurlu teatr mövsümünün bitməsi ilə təbrik edir, gələn mövsümdə daha da böyük uğurlar arzu edirik.

Müəllif: Dünyaxanım  Mehdiyeva-Qəribli

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri