Icma.az
close
up
RU
Ümid verən əllər...

Ümid verən əllər...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Anestezioloqlar tibb dünyasının böyük qəhrəmanlarıdır

Onlar olmasaydı, bu gün uğurlu əməliyyatlardan danışmaq mümkün olmazdı. Anestezioloqlar sadəcə “narkoz verən” həkimlər deyil. Onlar insanın həyatı ilə saniyə-saniyə işləyən, ürək döyüntüsünü, tənəffüsünü, qan təzyiqini izləyən və xəstənin vəziyyətindəki dəyişiklik zamanı prosesə dərhal reaksiya verən peşəkarlardır. Cərrah bıçağını işlətmədən əvvəl artıq anestezioloq-həkim insan orqanizmini əməliyyata hazır vəziyyətə gətirmiş olur. Bu isə təkcə dərman vasitəsi yox, həm də dəqiq hesablamalar, klinik təcrübə və böyük məsuliyyət tələb edir.

Bəzən əməliyyat zamanı ani bir dəyişiklik - təzyiqin enməsi, nəbzin zəifləməsi, nəfəsin dayanması həyatla ölüm arasındakı sərhədi cəmi bir neçə saniyəyə endirə bilər. Həmin anda isə anestezioloq düşünmədən, tərəddüdsüz, sürətli və düzgün qərar verməlidir. Onların cəldliyi və təcrübəsi sayəsində xəstə həyata qayıdır.

Hər il oktyabrın 16-sı bir çox ölkələrdə Ümumdünya Anestezioloqlar Günü kimi qeyd olunur. Bu gün ənənəvi olaraq anestezioloq-reanimatoloqlar və təbabətin həmin sahəsinin bütün mütəxəssisləri tərəfindən peşə bayramı kimi qəbul edilir.

Təbabətin bu sahəsinin tarixi 19-cu əsrin ortalarından başlayıb. Belə ki, 1846-cı il oktyabrın 16-da amerikalı diş həkimi Tomas Morton efir anesteziyası altında əməliyyat keçirib. O, anesteziyaedici olaraq dietil efir inhalyasiyasından istifadə edərək uğurlu əməliyyat aparıb. Buna görə də həmin tarix Ümumdünya Anesteziya Günü kimi qeyd olunur.

Anesteziya sinir həssaslığının itirilməsidir. Süni anesteziya cərrahi əməliyyatlar zamanı, diş müalicəsində, zədələnmələrdə, eləcə də təbabətin digər sahələrində ağrıları aradan qaldırmaq üçün istifadə olunur.

Təbii ki, ağrıkəsicilər dünyada qədim zamanlardan mövcuddur. Məsələn, bir çox hindu tayfaları həssaslığı azaltmaq üçün müxtəlif bitkilərin şirəsindən istifadə edirdilər. “Anesteziya” terminini ilk dəfə qədim yunan həkimi və filosofu Dioskorid istifadə edib. O, eramızdan əvvəl I əsrdə imperator Neronun vaxtında Roma ordusu ilə birgə səyahət zamanı mandraqora bitkisindən yuxugətirən və sakitləşdirici dərmanlar hazırlayıb. Onun köməyi ilə yaralanmış döyüşçüləri sağaltmaq üçün onların ağrılı nahiyəsinə müdaxilə etməyə imkan verən cərrahi əməliyyatlar aparılıb.

Cəmiyyətin inkişafı ilə yanaşı, tibb sahəsində, o cümlədən anesteziologiya sahəsində biliklər təkmilləşdi. Bu, son nəticədə onun ayrı bir tibb sahəsinə çevrilməsinə səbəb oldu. Hazırda anesteziologiya tək cərrahiyyəni deyil, həm də psixiatriya, narkologiya və digər sahələri müşayiət edir. Bundan əlavə, müasir tibb ümumi, yerli və onurğa anesteziyasını fərqləndirir.

Bugünkü tibbin səviyyəsində, anesteziya yalnız “ağrısızlaşdırma” vasitəsi deyi, insan orqanizmi funksiyalarının əməliyyat zamanı sabit və təhlükəsiz saxlanılması prosesidir. Bu, ölümlə həyat arasında nazik bir xəttin üstündə dayanan həkimin saniyələrlə yarışması deməkdir. Bəzən anestezioloqların əməyini unuduruq. Halbuki onlar insan həyatını dəqiqlik və sükutla qoruyan qəhrəmanlardır.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri