Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Milli mədəniyyətə böyük qayğı

Milli mədəniyyətə böyük qayğı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günlərdə daha bir mədəniyyət hadisəsinin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı baş tutdu. Kompleks mavi Xəzərin sahilində - Şüvəlan qəsəbəsində 3 hektar ərazidə yaradılıb. Belə bir müasir kompleksin istifadəyə verilməsi ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət, incəsənət, ədəbiyyat, ana dili bizim milli pasportumuzdur. Zəngin ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, məişətimiz, həyata baxışımız məhz mədəniyyət, incəsənət və ədəbiyyat nümunələri ilə nəsildən-nəslə ötürülərək yaşadılır və bir toplum, xalq olaraq identikliyimizi təmin edir. Mədəniyyət, incəsənət, ədəbiyyat yalnız tarixilik, milli yaddaşın yaşaması baxımından əhəmiyyətli deyil. Müxtəlif janrlarda yüksək sənətkarlıqla, bədii zövqlə yaradılan əsərlər həm də ruhumuza qida verir, bizi həyata bağlayır, gənc nəsli tərbiyələndirir, onların dünya görüşünü zənginləşdirir.

Parlaq əsərləri ilə bizə xoş anlar yaşadan yaradıcı insanlara, bütövlükdə mədəniyyətə, incəsənətə, ədəbiyyata davamlı qayğı göstərilməlidir. Müstəqil Azərbaycanda bunun dövlət, şəxsən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təmin edilməsi həm oxucu-dinləyici kütləsinin, həm də mədəniyyətimizin və yaradıcı insanların böyük xoşbəxtliyidir. Keçmiş sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edən böyük siyasətçi Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyini düşünərək mədəniyyətə böyük qayğı göstərməklə, Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olmaqla insanların özünüdərk hissini gücləndirir, xalqı azadlığa qovuşduracaq milli ideya formalaşdırırdı. Onun mədəniyyət, incəsənət və ədəbiyyat vasitəsilə səpdiyi toxumlar şərait yarandıqda sağlam cücərtilər verdi. Biz XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşmağın sevincini və qürurunu yaşadıq.

Hazırkı mərhələdə zamanında böyük siyasətçi Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətə və yaradıcı insanlara qayğı siyasətini  Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirir. Ökəmizdə yaradıcılıq uğurlarına imza atan şair və yazıçıların, bəstəkarların, rəssamların yubileylərinin keçirilməsi ənənə halını alıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, ona paytaxtımızda möhtəşəm abidə ucaldılması bunun əyani təsdiqidir. Yeri gəlmişkən, təkcə son illərdə Bakının ayrı-ayrı guşələrində Bülbülün, Tofiq Quliyevin və digərlərinin əzəmətli heykəllərinin dövlət başçısının iştirakı ilə açılışı baş tutub. Bundan başqa, Bakıda və respublikanın digər şəhərlərində yerləşən teatrların əksəriyyəti əsaslı şəkildə yenidən qurularaq tamaşaçıların ixtiyarına verilib. Dövlətimizin başçısının 2004-cü ildə  imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamlara uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunub.  Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında dünya ədəbiyyatının seçmə nümunələri nəfis tərtibatla nəşr olunaraq Azərbaycan oxucularının ixtiyarına verilib.

Siyahı çox uzundur. Eyni zamanda, yaradıcılıq uğurlarına imza atan mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq yüksək dövlət mükafatlarına layiq görülürlər. Mədəniyyət və incəsənət xadimlərinin müəyyən qrupuna Prezidentin fərdi təqaüdünün verilməsi onların sosial müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.  Bir sözlə, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Sentyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri