Icma.az
close
up
RU
Harmoniya yaradan əllər

Harmoniya yaradan əllər

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elnarə Kərimova - Portret cizgiləri

Azərbaycan Allah tərəfindən xüsusi olaraq seçilmiş bir ölkədir. Niyə? Çünki, bu qədər fitri istedada malik olan bir ölkə başqa necə ola bilərdi axı!? Torpağından, ya suyundan, ya əsrarəngiz təbiətindənmi yazsam, ya bu Vətənin alimləri, yazıçıları, şairləri, rejissorları, aktyorları, rəssamları, musiqiçiləri, rəqqasları, idmançıları və daha nə qədər sadalamadığım işinin əsl peşəkarları olan istedadlar haqqındamı yazım?

Yazmaq, tanıtmaq istədiyim neçə gözəl sənətkarlarımız var ki, əfsuslar olsun, onların bir çoxları layiqincə mətbuatda, mediada, televiziyada işıqlandırılmır. Səbəbi nədir, deyə bilmərəm...

Musiqinin ən ecazkar, ən sehirli bir sahəsi var - çoxsəsli xor. Musiqi qəlbə tək ona yazılan sözlər ilə deyil, səslərin biri-birinə toxunuşu ilə danışır və xor da bu toxunuşun sanki ən poetik formasıdır. Xor, insan səslərinin həmahəng birləşməsindən, hər kəsin “mən” yox “biz” olduğu prinsipdən və bu birlikdən ərsəyə gələn kollektiv bir ifaçılıq sənətidir.  Xoru idarə edən isə onun dirijoru, xora istiqamət verəni, müəyyən ritm altında, eynilə qəlb atışlarına bənzər şəkildə xorun ürək kimi bir olub döyünməsini təmin edən, vahid bir varlığa çevirən biridir. O, musiqini duyan, onunla danışan, eyni zamanda ona yön verən və rəhbərlik edəndir.

Ölkəmizdə xor ifaçılığının, xor sənətinin professional əsası dahi Üzeyir bəy Hacıbəyovun sayəsində qoyulub. Bütün müsəlman şərqində ilk opera yazan Üzeyir bəy bütün operalarında xor partiyaları yazıb. Daha sonra neçə-neçə bəstəkarımız hər zaman öz yaradıcılığında xor musiqisinə xüsusi yer verib. Xor və dirijor məktəbimiz hər zaman özünəməxsusluğu, peşəkarlığı ilə başqa ölkələrdən seçilmişdi.

Bu yazımda sizi dəyərli musiqiçimiz, bizi Azərbaycanın hüdudlarından kənarda da öz uğurları ilə sevindirən və qururlandıran, önəmli işləri ilə seçilən Elnarə xanım Kərimova ilə tanış etməyi və qısa da olsa onun barəsində yazmağı özümə borc bilirəm.

Elnarə Kərimova 1962-ci ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Kollecində Xor dirijorluğu üzrə təhsil alıb, 1988-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını bitirdikdən sonra isə cəmi 26 yaşında olarkən Azərbaycan Dövlət Xor Kapellasına baş dirijor təyin edilmişdir. Xor kapellası ilə çıxış etdiyi beynəlxalq səfərlər çərçivəsində 1991-ci ildə Orta Asiyanın bir neçə paytaxtında maestro Hikmət Şimşək ilə birlikdə Ahmet Adnan Sayğunun “Yunus Emre Oratoriyası”nı səsləndirmiş, 1992-ci ildə qardaş Türkiyənin paytaxtı Ankaradan iş təklifi alan Elnarə xanım Ankara Dövlət Radiosu çoxsəsli xorunun dirijoru, 1994-1998-ci illər arasında əvvəlcə Hacettepe Dövlət Konservatoriyasında, daha sonra isə Bilkent Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.

1999-cu ildən etibarən “Orfeon” çoxsəsli kamera xorunu qurur və bu günə kimi bu xorla işləməyə davam edir. Bu kollektivlə İngiltərə və Kanadada birincilik, Avstriyada keçirilən Xor Festivalında isə dörd gümüş medal qazanmış, həmçinin Azərbaycan, Belçika, Pakistan, İsrail, Yaponiya və Çində konsertlər vermişdir. 2009-cu ilin sentyabrında TÜRKSOY-un təşkil etdiyi beynəlxalq layihə çərçivəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının xor səhnələrinin hazırlığı üzərində işləmişdir.

Sözsüz ki, bu illər ərzində isə Azərbaycanla bağlarını qoparmamışdır. Sözü düşəndə də deyir ki, “Azərbaycan ana Vətənimdir. O cənnətməkan məmləkəti unutmaq olarmı?”

“Orfeon” xorunun Azərbaycanda istər İctimai Televiziya, istər ayrı-ayrı konsert salonlarında uğurlu və maraqlı çıxışlarını çox gözəl xatırlayıram. Onu da qeyd edim ki, bu xorun üzvləri ayrı-ayrı ixtisasların sahibidirlər. Aralarında həkim, müəllim və başqa sahələrdən olan insanların musiqi təhsillərinin olmamaları, onların peşəkar səviyyədə xor ifaçısı olmaqlarına mane olmur. Mən deyərdim ki, professional xor kapellasından geridə qalmayan, hətta səviyyə, üslub və xor sinxronluğu, musiqi həssasiyəti ilə onlarla eyni pillədədirlər.

Bu gözəl xoru görüb onlarla tanış olduqdan sonra, 2010-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycanda da gənclərdən ibarət çoxsəsli kamera xoru yaratmaq üçün Elnarə xanım Kərimovaya müraciət etdi və Elnarə xanım qısa bir müddətdə 600 gəncə tək-tək qulaq asıb, dinlədikdən sonra bir qisim seçilən gənclərdən ibarət “Buta” Kamera Xorunu yaratdı. Tək Azərbaycanda deyil, həmçinin Avropada, İtalyada musiqi festivalında iştirak etdi “Buta” kollektivi. Cüzeppe Verdi adına Milan Konservatoriyasının səhnəsində uğurla ölkəmizi təmsil etdilər.  Muğam Mərkəzinin dəstəyi ilə bir diskləri də işıq üzü gördü.

Müslüm Maqamayev adına Azərbaycanın Dövlət Filarmoniyasının səhnəsindəki çıxışlarını isə şəxsən izləmək və dinləmək mənə də nəsib oldu. Bu gənclərin və sözsüz ki, dirijorun ərsəyə gətirdikləri iş olduqca gözəl idi.

Xorun ömrü əfsus ki, uzun olmadı. Bildiyim qədər maddi səbəblərə bağlı olaraq “Buta” Xor kollektivi fəaliyyətini dayandırdı. Düzdür, bir kollektivin ayaqda durması, var olması üçün müəyyən vəsait gərəkdir. Bu, səhnə geyimləri, aylıq məvaciblər, lazım gəldikdə bəstəkarlara yeni əsərlər üçün verilməli olan qonorar və sairədir. Ancaq keyfiyyətli iş sözsüz ki, hər bir sahədə maddi dəstək tələb edir. Və buna da dövlətimizin və Mədəniyyət Nazirliyinin çox şükürlər olsun ki, gücü yetər.

Hamı kimi mən də “Buta” Xorunun Dövlət Kamera Xoru kimi, dövlət statusu alacağına çox inanır və ümid edirdim. Nə yalan deyim, hələ də ümidimi itirmirəm. Yəqin ki, Mədəniyyət Nazirliyi bu haqda çox ciddi düşünəcək. Axı xor kollektivi yaratmaq elə də asan iş deyil. Həm də xor millətin birlik simvolikasıdır. Dünyanın ən aparıcı ölkələri öz xor kollekrivləri ilə çox məşhurdur. Onlar xor kollektivlərinə daha böyük üstünlük verirlər.

Elnarə xanım, həmçinin, YARAT mərkəzinin təşkilatçılığı ilə 2022-ci ildə ustad dərsləri ilə Azərbaycan musiqiçiləri ilə görüşmüş və onları xor musiqisinin ecazkarlığı ilə yaxından tanış etmişdir. 2018-ci ilin sentyabrında isə Elnara xanım Kərimova Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Xalq Artisti” fəxri adına layiq görülmüşdür.

Həm Azərbaycan, həm Türkiyədə davam edən uğurlu fəlaliyyətində Elnarə xanım Kərimovaya bol-bol uğurlar arzu edirəm. Yaşayın, yaradın, gənclərimizə daima xor musiqisinin gözəlliyini aşılayın. Çalışın ki, Azərbaycan xoru da dünyada öz sözünü layiuqincə deyə bilsin. Əgər 44 günlük Vətən müharibəsi ilə və tarixi qələbəmizlə biz dünya xalqlarını mat qoya bildiksə, deməli, biz öz xorumuzla da dünya xalqlarını mat qoyub, necə bir yumruq olduğumuzu sübut edə bilərik. Axı Azərbaycan xalqı dünyanın ən qədim mədəniyyəti olan xalqlarından biridir.

Dünyaxanım AĞALARQIZI   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 May 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see253

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri