Icma.az
close
up
RU
Mədət Quliyev haqda maraqlı məlumatlar: Hələ iki ili var KONKRET

Mədət Quliyev haqda maraqlı məlumatlar: Hələ iki ili var KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildə Müdafiə sənayesi naziri vəzifəsindən azad edildikdən sonra nadir hallarda medianın gündəminə gələn Mədət Quliyevin fotoları bu günlərdə yenidən saytların ilk səhifəsini bəzədi. Mətbuat yazdı ki, Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub, nazir Vüqar Mustafayevin əmri ilə Mədət Quliyevin vaxtı ilə təyin etdiyi iki şöbə müdiri vəzifələrindən azad ediliblər.

Xəbərlərin onun fotoları ilə verilməsində saytlarının bir məqsədi var: Mədət Quliyev oxucu üçün maraqlı simadır…

O, hökumətdə yüksək postlar tutmuş həmkarlarından fərqli olaraq var-dövləti, şirkətləri, dəbdəbəli həyatı ilə heç vaxt gündəmdə olmayıb. Mədət Quliyev idmançıdır, sambo üzrə vaxtı ilə İttifaq səviyyəsində nailiyyətləri olub, yaxşı velosiped sürür, gitara çalır, rok həvəskarıdır, həm də 4 dil – ingilis, alman, rus, türk dillərini bildiyi deyilir. Böyük ailənin başçısıdır, 4 övladı var…

KONKRET.az Azpolitika.info-ya istinadla xəbər verir ki, Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanı titulunu daşıyır, 1993-cü ilin 10 dekabrında cinayətkar dəstənin üzvləri ilə atışmada ayağından güllə yarası alıb. Prezident İlham Əliyev 2014-cü ildə onu üçüncü dərəcəli Vətənə Xidmət ordeni ilə təltif edib.

2025-ci il sentybarın 27-də pensiya yaşına çatacaq keçmiş nazir iki ilə yaxındır Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavinidir. Ona qədər bu vəzifə ümumiyyətlə olmayıb, necə deyərlər Mədət Quliyev Təhlükəsizlik Şurasına vəzifəsi ilə birlikdə gəlib.

Keçmiş nazirin karyerasının əhəmiyyəti hissəsi daxili işlər orqanları ilə bağlıdır. Onun polis karyerası 1983-cü ildən başlayıb. Belə görünür, karyerasının ilk 13 ili “sakit” keçib. Vəzifə nərdivanlarında sürətlə irəliləməsi isə 1993-cü ildən sonraya təsadüf edir. Əvvəlcə DİN-in Gəncə Şəhər Baş Polis İdarəsində bölmə rəisi, daha sonra nazirliyin Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb. Sonrakı illərdə irəli çəkilərək DİN-də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, daha sonra rəisi, 2002–2004-cü illərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin, 2004–2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun, 2006–2011-ci illərdə isə Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

Mədət Quliyev qızğın fəaliyyət dövründə – 1997-ci ildə imkan tapıb Polis Akademiyasının “Hüquqşünaslıq” ixtisasından məzun olmağı da bacarıb.

Keçmiş nazirin DİN-də karyerası 2011-ci ildə başa çatıb, həmin ildə Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub. O, bu vəzifədə olduğu 4 il ərzində daim medianın gündəmində olub, həbsxanalarda baş verən hadisələr, tanınmış məhbuslarla müsbət davranışları, həbsxanaları qismən ictimaiyyətin üzünə açması Mədət Quliyevi xeyli populyarlaşdırmışdı.

2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyində nazir Eldar Mahmudovun istefaya göndəırilməsi, yaxın ətrafının həbs edilməsi ilə nəticələnən əməliyyatdan sonra Mədət Quliyev bu quruma təyinat aldı. Əvvəlcə nazirin birinci müavini vəzifəsinə təyin edilərək nazir vəzifəsini icrası ona tapşırıldı. MTN-in ləğvindən, onun bazasında Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasından sonra M.Quliyev onun ilk rəisi təyin edildi və 2019-cu ilə qədər bu vəzifədə çalışdı. Onun karyerasının daha 4 ili isə Müdafiə Sənayesi naziri postunda keçib.

Maraqlı nüans ondan ibarətdir ki, Mədət Quliyev heç bir vəzifədə uzun müddət qərar tumayıb, yalnız DİN-n Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində 5 il çalışıb, Penitensiar Xidmətdə, DTX-da və Müdafiə Sənayesi Nazirliyində 4 illik rəhbərliklə kifayətlənib. Bu qrafikə əməl etsə, Mədət müəllim Təhlükəsizlik Şuras katibinin müavini vəzifəsində hələ iki ili var. Ondan sonra hansı vəzifədə olacağını yəqin ki, Quliyevin özü də hələ bilmir…

Maraqlı olan daha bir məqam odur ki, Azərbaycanın ən yeni tarixində hər zaman istənilən vəzifənin çəkisi həmin vəzifəni tutan şəxsin nüfuzundan asılı olub. Məsələn, Zakir Qaralov uzun illər Azərbaycanın Baş Prokuroru vəzifəsini daşısa da, şəxsi nüfuzu, xarizması, sambalı bu yüksək vəzifəyə qətiyyən uyğun deyildi. Ancaq Fövqəladə Hallar naziri vəzifəsi rəsmən Baş Prokuror vəzifəsilə müqayisə edilməyəcək qədər zəif post sayılsa da, Kəmaləddin Heydərov öz şəxsi nüfuzu ilə bu vəzifəni çəkiyə mindirdi. Lakin maraqlıdır ki, Təhlükəsizlik Şurasına Ramil Usubov, Mədət Quliyev kimi “ağır artilleriya” nümunələri təyin edilsə də, bu qurumun ən azından mediada, cəmiyyətdə hər hansı aktivliyi, təsiri və s. görünmür. Belə çıxır ki, zaman dəyişir və samballı məmurlar daha “zəif” postlara təyin olunduqca, əvvəlki təsirlərini də itirirlər…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri