Icma.az
close
up
RU
Mədəyə ziyandır, amma arıqladır Acılı yeyək ya yox?

Mədəyə ziyandır, amma arıqladır Acılı yeyək ya yox?

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın bir çox mətbəxində olduğu kimi, bizim də mətbəximizdə acılı yeməklər bəyənilir. Bəs acılı yeməklər sağlamlığımıza necə təsir edir? 

News24.az Milli.Az-a istinadən xəbər verir ki, "British Journal of Nutrition" jurnalında bibərlə bağlı yeni araşdırma dərc edilib. Məqalədə bildirilir ki, acılı yeməklərin qəbul tezliyi orqanizmə müxtəlif təsir göstərə bilər. Çinli alimlər tərəfindən 50 mindən çox yetişkin üzərində aparılan araşdırmada həftədə ən azı bir dəfə acılı yemək yeyən şəxslərdə insult riskinin, acı yeməyənlərə nisbətən 13 faiz artdığı aşkarlanıb. Bununla yanaşı, həftədə üç və ya daha çox dəfə acı yeyənlərin damar tıxanması və ya daralması ehtimalının 20 faiz daha az olduğu məlum olub.

Araşdırma həmçinin obez şəxslərin daha tez-tez acılı yeməkdən daha çox fayda gördüyünü göstərib. Obezlik insult riskini artırdığı üçün acının bu qrupa olan təsiri xüsusilə əhəmiyyətli hesab edilir.  

Acının Təsir Mexanizmi

Alimlərin fikrincə acılı yeməklərin faydası əsasən kapsaisin adlı maddənin təsiri ilə əlaqədardır. Bu maddə metabolizmanı 8 faiz sürətləndirərək obezliyin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, kapsaisin boğaz əzələlərini stimullaşdıraraq disfaji (yeməklərin udulmasında çətinlik) simptomlarını yüngülləşdirə bilir.  

2020-ci ildə ABŞ-da aparılan tədqiqatlar göstərib ki, müntəzəm olaraq acılı yemək yeyən şəxslərdə ürək xəstəliklərindən ölüm riski 26 faiz daha azdır. Kapsaisinin həmçinin iltihablanmanı azaltdığı və damar tıxanmasının qarşısını aldığı da məlumdur.

Acılı yeməklərin zərərləri

Acılı yeməklər faydalı ola bilər, lakin hər şey kimi, düzgün və məqbul miqdarda istifadə olunmalıdır. Belə ki, çoxlu acılı yemək yeməyin yaddaş zəifliyi və Alzheimer xəstəliyi riskini artırdığı müəyyən olunub. Bundan başqa, həddən artıq kapsaisin qəbulu mədə divarını qıcıqlandıraraq mədə xərçəngi riskini 50 faiz artırır.  

Acının təsirləri cinsiyyət sağlamlığına da əks olunur. Müntəzəm olaraq çoxlu acı yeyən kişilərdə testosteron səviyyəsinin azaldığı və cinsi istəksizliyin artdığı qeyd edilib.  

King's College London-dan farmakoloq Susan Brain bildirir ki, acını balanslı və sağlam qidalanmanın bir hissəsi kimi qəbul etdikdə zərərli təsirlərlə qarşılaşmaq ehtimalı minimuma enir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 05:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri