Icma.az
close
up
RU
Mədəyə ziyandır, amma arıqladır Acılı yeyək ya yox?

Mədəyə ziyandır, amma arıqladır Acılı yeyək ya yox?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın bir çox mətbəxində olduğu kimi, bizim də mətbəximizdə acılı yeməklər bəyənilir. Bəs acılı yeməklər sağlamlığımıza necə təsir edir? 

Milli.Az xəbər verir ki, "British Journal of Nutrition" jurnalında bibərlə bağlı yeni araşdırma dərc edilib. Məqalədə bildirilir ki, acılı yeməklərin qəbul tezliyi orqanizmə müxtəlif təsir göstərə bilər. Çinli alimlər tərəfindən 50 mindən çox yetişkin üzərində aparılan araşdırmada həftədə ən azı bir dəfə acılı yemək yeyən şəxslərdə insult riskinin, acı yeməyənlərə nisbətən 13 faiz artdığı aşkarlanıb. Bununla yanaşı, həftədə üç və ya daha çox dəfə acı yeyənlərin damar tıxanması və ya daralması ehtimalının 20 faiz daha az olduğu məlum olub.

Araşdırma həmçinin obez şəxslərin daha tez-tez acılı yeməkdən daha çox fayda gördüyünü göstərib. Obezlik insult riskini artırdığı üçün acının bu qrupa olan təsiri xüsusilə əhəmiyyətli hesab edilir.  

Acının Təsir Mexanizmi

Alimlərin fikrincə acılı yeməklərin faydası əsasən kapsaisin adlı maddənin təsiri ilə əlaqədardır. Bu maddə metabolizmanı 8 faiz sürətləndirərək obezliyin qarşısını almaqda mühüm rol oynayır. Bundan əlavə, kapsaisin boğaz əzələlərini stimullaşdıraraq disfaji (yeməklərin udulmasında çətinlik) simptomlarını yüngülləşdirə bilir.  

2020-ci ildə ABŞ-da aparılan tədqiqatlar göstərib ki, müntəzəm olaraq acılı yemək yeyən şəxslərdə ürək xəstəliklərindən ölüm riski 26 faiz daha azdır. Kapsaisinin həmçinin iltihablanmanı azaltdığı və damar tıxanmasının qarşısını aldığı da məlumdur.

Acılı yeməklərin zərərləri

Acılı yeməklər faydalı ola bilər, lakin hər şey kimi, düzgün və məqbul miqdarda istifadə olunmalıdır. Belə ki, çoxlu acılı yemək yeməyin yaddaş zəifliyi və Alzheimer xəstəliyi riskini artırdığı müəyyən olunub. Bundan başqa, həddən artıq kapsaisin qəbulu mədə divarını qıcıqlandıraraq mədə xərçəngi riskini 50 faiz artırır.  

Acının təsirləri cinsiyyət sağlamlığına da əks olunur. Müntəzəm olaraq çoxlu acı yeyən kişilərdə testosteron səviyyəsinin azaldığı və cinsi istəksizliyin artdığı qeyd edilib.  

King's College London-dan farmakoloq Susan Brain bildirir ki, acını balanslı və sağlam qidalanmanın bir hissəsi kimi qəbul etdikdə zərərli təsirlərlə qarşılaşmaq ehtimalı minimuma enir.

İsmayıl
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri