Media Agentliyi açıqlama yaydı: Bu saytlar manipulyasiya edib
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi çıxış edib.
Agentlik bildirib ki, "NoComment" saytı tərəfindən “Təcili: Azərbaycanda 200 tələbə vəfat etdi”, daha sonra isə "Medianews" saytı tərəfindən “Şok: Azərbaycanda 200 tələbə vəfat edib” kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiotaj yaratmaq cəhdi kimi qəbuledilməzdir. pizza hut
“Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir.
Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir”.
Baxış sayı:129
Bu xəbər 20 İyun 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















