Media: Merilend ştatında qaradərililərə təzminat ödənilməsi üçün komissiya yaradılacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Merilend ştatında illərlə köləlik həyatı yaşamış qaradərili amerikalılara potensial təzminatları öyrənmək üçün xüsusi komissiya yaradılacaq.
AZƏRTAC xəbər verir ki, NBC telekanalının məlumatına görə, ştatın qanunvericiləri ABŞ-da yeganə qaradərili qubernator olan Ues Murun vetosundan yayına biliblər. Ues Mur uzun müddətdir ki, “köləlik irsinin artıq kifayət qədər öyrənildiyini” əsas gətirərək həmin təşəbbüsə qarşı çıxsa da, Merilend Qanunvericilik Orqanının hər iki palatasına nəzarət edən demokratlar məsələni daha dərindən araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasına çalışır.
Telekanalın məlumatına görə, təzminat tədbirlərinə pul kompensasiyası, əmlak vergisinin geri qaytarılması, mənzil və biznes təşviqləri, borcların silinməsi və pulsuz kollec təhsili daxil ola bilər. Qeyd edək ki, Merilend əhalisinin 30 faizi qaradərililərdir.
Xatırladaq ki, 2021-ci ildə İllinoys ştatının Evanston şəhəri keçmişdə təqiblərə və ayrı-seçkiliyə məruz qalan Afrika əsilli amerikalıların mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyəni təsdiqləyən ABŞ-da ilk şəhər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 17 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















