Icma.az
close
up
RU
MEDİA nın yeni qərarı media subyektlərinin maliyyə dayanıqlığını gücləndirəcək AÇIQLAMA

MEDİA nın yeni qərarı media subyektlərinin maliyyə dayanıqlığını gücləndirəcək AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev medianın fəaliyyətini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Məhz onun qayğısı sayəsində Azərbaycan mətbuatının inkişafı üçün mütərəqqi addımlar atılır.
Cənab Prezidentin 2021-ci ilin yanvarında imzaladığı fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması da mətbuata göstərilən xüsusi diqqətin əyani təzahürüdür. MEDİA-nın yaradılmasında əsas məqsəd bu sahədə inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması idi. Ötən dövr ərzində MEDİA bu məqsədlərin reallaşması üçün uğurlu addımlar atıb, sözün əsl mənasında jurnalistlərin dostu olmağı bacarıb”. 

Bunu Demokrat.az-a açıqlamasında “Bizim.Media”nın baş redaktoru Anar Tahirov deyib. O bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə dəstək məqsədilə mütəmadi olaraq müsabiqələr təşkil edilməsi də xüsusi qeyd olunmalı addımdır:
“Əvvəlki müsabiqələrdə qalib gələn media qurumlarına 6 ay ərzində hər ay 3000 manat məbləğində maliyyə yardımı göstərilirdi. Bu dəfə isə dəstəyin həcmi artırılaraq 5000 manata çatdırılıb. Bu qərar həm media subyektlərinin maliyyə dayanıqlığının güclənməsinə, həm də jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Üstəlik, yeni qaydalara əsasən, müsabiqəyə qatılan media subyektlərinin tərkibində bir məsul redaktor və ən azı üç jurnalist olmaqla dörd nəfərlik heyət olmalıdır. Həmçinin, bu dörd əməkdaşın hər biri üçün minimum aylıq əməkhaqqı 800 manat müəyyən edilib. Bu şərt təkcə formal bir tələb deyil, həm də sosial məsuliyyətin göstəricisidir. Əməkhaqların artırılması və iş şəraitinin yaxşılaşdırılması redaksiyaların fəaliyyətində keyfiyyət artımına, daha peşəkar və sistemli iş mühitinin formalaşmasına imkan yaradacaq.Yəni, MEDİA tərəfindən irəli sürülən yeni yanaşma həm media orqanlarının institusional inkişafını, həm də jurnalist əməyinin dəyərinin artırılmasını hədəfləyir. Bu, informasiya mühitində rəqabət qabiliyyətini yüksəldəcək, jurnalistlərin yaradıcılıq enerjisini artıracaq və ümumən cəmiyyətin etibarlı və keyfiyyətli informasiya ilə təmin olunmasına xidmət edəcək.Digər tərəfdən, media orqanlarının sabit maliyyə dəstəyi alması onların daha aktiv fəaliyyət göstərməsinə, layihə yönümlü və araşdırma xarakterli materiallara üstünlük verməsinə şərait yaradacaq. Bu da ölkə mediasının peşəkar səviyyədə inkişafına və ictimai rəyin düzgün formalaşmasına müsbət təsir göstərəcək”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri