Icma.az
close
up
RU
AFFA nın yeni qərarı nəyi dəyişəcək? AÇIQLAMA

AFFA nın yeni qərarı nəyi dəyişəcək? AÇIQLAMA

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

2025/2026-cı illər mövsümündən Azərbaycan Premyer Liqasında komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində qərar çıxarılıb. Maraqlıdır, daha çox klubun olması yerli futbolçulara yeni imkanlar yaradacaq? Yeni komandalar rəqabəti artıra biləcək?

İdman jurnalisti Natiq Muxtarlı Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbolun inkişafı onun kütləviliyindən birbaşa asılıdır. Yalnız Bakıda futbol oynamaqla onu inkişaf etdirmək mümkün deyil, futbol regionlara yayılmalıdır:

“Əslində, Azərbaycanın regionlarında futbol var idi. Sadəcə əvvəlki AFFA rəhbərliyi var olanı inkişaf etdirmək əvəzinə, hər şeyi dağıtdı. Nəticədə Azərbaycan çempionatı “Bakı çempionatı”na çevrildi. Azərbaycanda komanda sayının artırılması labüd idi və alqışlanmalıdır. Amma bu artım planlı şəkildə, elmi əsasla aparılmalıdır”.

Ekspertin sözlərinə görə, futbol ənənələri olan rayonlarda infrastruktur qurulmalı, komandalar həmin bölgələrdə yaradılmalıdır:

“Məsələn, Azərbaycan əhalisinin onda biri cənub bölgəsində yaşayır. Bir milyon insanın yaşadığı bu bölgə köklü futbol ənənələrinə sahibdir. Lənkəranın, Masallının özünəxas futbol ənənələri var. Bu bölgədən xeyli futbolçu çıxıb. Hazırda orada peşəkar futbol komandaları yoxdur, amma ayrı-ayrı klublarda xeyli cənublu futbolçu var. Deməli, investisiya ora qoyulmalıdır. O cümlədən, Şimal bölgəsini də bura əlavə edə bilərik. Qusarda, Qubada futbol komandası olmalıdır. Mərkəzi Aran da nəzərə alınmalıdır. Sabirabadda, Şirvan şəhərində peşəkar komandaların olması vacibdir”.

N.Muxtarlı əlavə edib ki, qısa zamanda bu rayonların hamısında komanda yaratmaq mümkün deyil, çünki infrastruktur yoxdur. Amma hədəf bu olmalıdır:

“Komanda sayının artırılması yaxşıdır, amma o komandalar yenə də Bakıda yaradılacaqsa və ya futbol ənənəsi olmayan rayonlarda qurulacaqsa, bunun heç bir effekti olmayacaq. Bunun adı olacaq “pul yumaq”. İstedadlı uşaqlar bölgələrdə - kəndlərdə, qəsəbələrdədir. Amma onların futbolla məşğul olması üçün minimum şərait belə yoxdur. Futbolu ora aparmaq lazımdır. Belə olsa, 5-6 ildən sonra onun bəhrəsini görməyə başlayacağıq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri