Icma.az
close
up
RU
Media qurumlarının kiber təhlükəsizliyi zəifdir? AÇIQLAMA

Media qurumlarının kiber təhlükəsizliyi zəifdir? AÇIQLAMA

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən günlərdə "Global Media Group" MMC-nin tərkibinə daxil olan xəbər saytları ciddi kiberhücuma məruz qalıb. Hücum nəticəsində saytlar bir neçə gün ərzində əlçatmaz olub, bu da həmin media qurumlarının kiber təhlükəsizlik məsələlərini sual altına qoyur.

Bəs nə üçün belə kiberhücumların qarşısını almaq mümkün olmur?

Məsələ ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov Metbuat.az-a açıqlama verib. O bildirib ki, bütün dünyada, eləcə də Azərbaycanda gündə minlərlə kiberhücum baş verir. Bu hücumlar həm dövlət strukturlarına, həm bizneslərə, həm də vətəndaşlara yönəlir:

"Xüsusilə, vətəndaşlara qarşı kiber dələduzluq və kiber cinayətkarlıq hallarının artması müşahidə olunur. Bu cür hücumlar manipulyasiya edilmədən istifadəçinin telefonuna, kompüterinə və şəbəkələrinə daxil olmaqla şəxsi məlumatları əldə etmək və ya silmək məqsədilə həyata keçirilir. Keçən illərdə çox sayda biznes strukturuna, xüsusilə də hostinq şirkətlərinə kiberhücumlar baş verib. Bu hücumların nəticəsində bir çox bizneslər böyük maliyyə itkilərinə məruz qalıb. Hər il dövlət qurumlarına da müxtəlif kiberhücumlar edilir. Statistikalar göstərir ki, bu hücumların böyük əksəriyyəti uğursuz olsa da, bəzi kiçik hissələri uğurlu olur".

E.Abbasov qeyd edib ki, Azərbaycan informasiya məkanında baş verən hücumlar onların serverlərinin necə qorunduğu ilə bağlı böyük suallar yaradır:

"Bu hadisə həmin media qurumlarının və digər təşkilatların kiber təhlükəsizliklərini necə qoruduğunu, kadr ehtiyatlarının nə qədər kvalifikasiyalı olduğunu və ya həmin media holdinqin öz resurslarını eyni fiziki serverdə yoxsa ayrı-ayrı mühitlərdə saxladığını göstərib. Təbii ki, o qədər informasiya agentlikləri bir fiziki serverdə saxlanılıbsa və buna müdaxilə olubsa, bu, o deməkdir ki, oradakı bütün saytlar bir-bir ələ keçirili bilib. Əgər başqa-başqa serverlərdə məlumatlar saxlanılıbsa, bu daha çox problemdir, demək, həmin media qurumları öz kiber təhlükəsizlikləri barədə düşünməyiblər və onlar bu cəhətdən çox zəif imiş. Bu, xüsusilə onların serverlərinin necə qorunduğu ilə bağlı böyük suallar yaradır".

Ekspert vurğulayıb ki, heç bir qurum, istər dövlət, istərsə də biznes strukturu olsun, kiber təhlükəsizlik sahəsində tam müdafiəyə sahib deyil:

"Lakin dövrümüzün çağırışlarına uyğun yeni texnologiyalar və həllər mövcuddur. Bu həllər 99% təhlükəsizlik təmin edə bilir. Yeni proqram təminatları və avadanlıqlar, kiber təhlükəsizlik sahəsində böyük inkişaflar təklif edir. Ölkəmizdə də bu həllər istifadə olunur, lakin özəl qurumlara bu sahədə məcburi tələblər yoxdur. Buna baxmayaraq, xüsusilə böyük və əhəmiyyətli işlə məşğul olan holdinq, biznes qurumları öz kiber təhlükəsizliklərini qorumağa diqqət yetirməlidir".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri