Icma.az
close
up
RU
MEDİA SAVADLILIĞI NƏDİR VƏ BİZƏ NƏ QAZANDIRA BİLƏR? Fərd və cəmiyyət olaraq üzərimizə böyük yük düşür AzPolitika onlayn siyasiictimai qəzet

MEDİA SAVADLILIĞI NƏDİR VƏ BİZƏ NƏ QAZANDIRA BİLƏR? Fərd və cəmiyyət olaraq üzərimizə böyük yük düşür AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Media savadlılığı müasir dövrdə informasiya bolluğunun artdığı və texnologiyanın həyatımızda mühüm yer tutduğu bir zamanda çox əhəmiyyətli bacarıqlardan biri hesab oluna bilər.

Media savadlılığı deyərkən burada söhbət təkcə insanların mediada təqdim olunan informasiyaları anlamasından getmir. Həmçinin təqdim olunan məlumatı qiymətləndirmə və düzgün istifadə etmə bacarığı da nəzərdə tutulur.

Media savadlılığı oxuyucu və dinləyicidən eyni zamanda tənqidi düşüncə və analitik yanaşma tələb edir. Media savadlılığı informasiya dövründə həm fərdlər, həm də cəmiyyətlər üçün həyati önəmə malik bir bacarıqdır. İnformasiyaları düzgün başa düşmək, onları təhlil etmək və nəticə çıxarmaq həm şəxsi, həm də ictimai inkişaf üçün olduqca vacibdir. Başqa sözlə, media savadlılığı, yalnız fərdlərin deyil, ümumilikdə cəmiyyətin inkişafına töhfə verən mühüm bir amildir. Buna görə də, hər bir insan bu bacarıqları inkişaf etdirməyə çalışmalıdır.


Bunun üçün bir neçə nüansa diqqət etmək vacibdir:

- Mənbənin dəyərləndirilməsi: İnformasiyanın hansı mənbədən gəldiyini bilmək və onun etibarlılığını yoxlamaq çox vacibdir. Çünki etibarsız mənbələrdən yayılan yalan və ya yanlış məlumatlar ciddi problemlərə yol aça bilər.

- Tənqidi yanaşma: İnsanlar mediada təqdim olunan hər informasiyanı olduğu kimi qəbul etməməlidir. Məzmunun məqsədi, auditoriyası və təsir gücü nəzərə alınmalıdır.

- Məzmunun kontekstini anlama: İnformasiyanın düzgün başa düşülməsi üçün isə onun sosial, siyasi və mədəni kontekstini dərk etmək də vacibdir. Çünki bəzi məlumatlar məqsədli şəkildə manipulyasiya edilə bilər.

- Texnoloji vasitələrdən istifadə: Müxtəlif media platformalarında necə hərəkət etmək və məlumat axtarışı aparmaq bacarığı bu sahədə vacib rol oynayan digər önəmli nüanslardan biridir. Eyni zamanda, şəxsi məlumatların qorunması və etik qaydalara əməl olunması da mühüm şərtdir.

Burada eyni zamanda, jurnalistlərin də üzərinə böyük yük düşür. Peşəkar jurnalistlər dəqiq və balanslı məlumat yaymaqla cəmiyyətin doğru informasiya almasına töhfə verə bilər. Bununla yanaşı, insanlar da öz informasiya mənbələrinə daha şübhə ilə yanaşmalı və hər hansı xəbəri paylaşmadan əvvəl onun doğruluğunu yoxlamalıdırlar.

Bu gün media savadlılığının faydalarından danışarkən onu da vurğulamq olar ki, bu, yalan məlumatların yayılmasının qarşısını alan ən önəmli faktordur. İnsanlar media savadlılığına malik olduqda, dezinformasiyaları tanımaq və onların təsirindən qorunmaq odaha asan olur.

Digər tərəfdən, bu, tənqidi düşüncəni gücləndirir. Media savadlılığı insanlara məlumatları müxtəlif baxış bucaqlarından təhlil etməyi öyrədir, cəmiyyətdə daha aktiv iştiraka sövq edir. Media savadlılığı olan insanlar cəmiyyətin problemlərini daha yaxşı anlayır və ictimai müzakirələrdə də daha fəal iştirak edirlər.

Onu da qeyd etmək yerinə düşər ki, müasir dövrdə sosial media və digər rəqəmsal platformaların geniş yayılması bu gün informasiya manipulyasiyasını daha da asanlaşdırıb. Bu səbəbdən hər kəsin media savadlılığını artırması vacibdir.

Məktəblərdə və universitetlərdə media savadlılığı dərslərinin keçirilməsi, geniş ictimai maarifləndirmə kampaniyalarının aparılması bu sahədə atılan əhəmiyyətli addımlar kimi qiymətləndirilə bilər. Eyni zamanda, insanların texnologiyadan məsuliyyətli şəkildə istifadə etməsi və özlərini daim inkişaf etdirməsi də lazımdır. Yalnız bu yolla biz həm fərd, həm də cəmiyyət olaraq informasiya mühitinin mənfi təsirlərindən qoruna bilərik.

E. Bəyməmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri