Mersisayd derbisi ertələnə bilər AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Everton” və “Liverpul” arasında baş tutacaq Mersisayd derbisi təxirə salına bilər.
“Report” xəbər verir ki, bu barədə “Hayters TV”nin “Liverpul” üzrə müxbiri Nazira Yusuf sosial şəbəkədə yazıb.
“Everton”, “Liverpul” və Mersisayd Polisi arasında sabahkı Mersisayd derbisində “Darra” fırtınasının potensial təsiri ilə bağlı müzakirələr davam edir. Saatda 70 milə qədər külək proqnozu azarkeşlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır”, – jurnalist qeyd edib.
Onun sözlərinə görə, hər iki klub matçın keçiriləcəyini ümid edir.
Eyni zamanda, “Liverpul” azarkeşləri matç günü güclü külək səbəbindən yola daha çox vaxt ayırmağa çağırıb. Onlara hava proqnozunu və nəqliyyat məlumatlarını izləmək tövsiyə olunub.
Baxış sayı:84
Bu xəbər 07 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















