Icma.az
close
up
RU
Media savadlılığının inkişafına orta məktəbdən başlamaq lazımdır Baş redaktor

Media savadlılığının inkişafına orta məktəbdən başlamaq lazımdır Baş redaktor

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müasir dünyamız informasiya bolluğu içərisindədir. Hər birimiz gündəlik həyatımızda müxtəlif mənbələrdən məlumat alır və onları dəyərləndirmək məcburiyyətində qalırıq. Ancaq bu gün doğru və yanlış məlumatlar bir-birinə qarışıb. Təqdim olunan məlumatları təhlil etmək, qiymətləndirmək, düzgün başa düşmək və tənqidi yanaşmaq, bir sözlə nəyin doğru, nəyin yanlış olduğunu fərqləndirmək bacarığı isə media savadlılığından asılıdır. Məhz media savadlılığı olan insanlar yanlış məlumatları ayırd edə, yalan xəbərlərin təsirinə düşmədən düzgün qərarlar qəbul edə bilərlər".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu media savadlılığı həftəsinin əhəmiyyətindən danışarkən deyib.

Baş redaktor qeyd edib ki, Azərbaycanda media savadlılığını inkişaf etdirmək cəmiyyətin daha sağlam və məlumatlı olmasına yardımçı olacaq:

"Media savadlılığı vacib bir bacarıqdır. Media savadlılığı yalnız xəbərləri deyil, sosial media, televiziya, reklam və digər informasiya mənbələrini də əhatə edir. Bu, bizə manipulyasiyadan, yalan məlumatlardan (dezinformasiyadan) qorunmağa kömək edir və cəmiyyətdə düzgün informasiya mədəniyyəti formalaşdırır. Azərbaycanda media savadlılığını inkişaf etdirmək cəmiyyətin daha sağlam və məlumatlı olmasına, dezinformasiyanın yayılmasının qarşısının alınmasına kömək edəcək. Bunun üçün təhsil, maarifləndirmə və dövlət-səviyyəsində dəstək mühüm rol oynayır.

Media ilə düzgün işləməyi bacaran insanlar şəxsi və peşəkar qərarlarını daha ağıllı şəkildə verə bilirlər. Bu bacarıq təhsil, iş və sosial münasibətlərdə də önəmli rol oynayır".

Q.İbrahimoğlu hesab edir ki, media savadlılığının inkişafına orta məktəbdən başlamaq lazımdır:

"Media savadlılığının inkişafına isə orta məktəbdən başlamaq lazımdır. Belə ki, təhsil sistemində media savadlılığının inteqrasiyası vacib məsələdir. Məktəblərdə, eləcə də ali təhsil ocaqlarında media savadlılığı üzrə xüsusi dərslərin, kursların keçirilməsinə ehtiyac var. Şagirdlər və tələbələr informasiyanı tənqidi dəyərləndirmək, etibarlı mənbələri seçmək və faktları yoxlamaq bacarığını öyrənməlidir. Bundan başqa, əhalinin geniş təbəqələri arasında media savadlılığı barədə məlumatlılığı artırmaq üçün kampaniyalar keçirmək lazımdır. Sosial şəbəkələrdə, televiziyada və digər platformalarda bu mövzuda maarifləndirici materiallar yayımlamaq faydalı olar. Jurnalistlər, müəllimlər və digər mütəxəssislər üçün xüsusi treninqlər və seminarlar təşkil olunmalıdır. Bu, onların öz sahələrində daha savadlı fəaliyyət göstərmələrinə kömək edəcək. Media savadlılığını təşviq edən layihələr həyata keçirilməlidir. Bu layihələrin dövlət tərəfindən dəstəklənməsi isə daha effektiv nəticə verə bilər. Dezinformasiyanın qarşısını almaq üçün Azərbaycanda faktların yoxlanılması üzrə platformalar daha geniş yayılmalı və insanlar bu alətləri necə istifadə edəcəklərini öyrənməlidirlər. Fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, media savadlılığı insanlara informasiya dünyasında düzgün istiqamət tapmaq və manipulyasiya edilmədən öz həyatlarını idarə etmək üçün lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri