Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Mediada böhtan xarakterli məlumatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur

Mediada böhtan xarakterli məlumatlar cəmiyyətimizdə ciddi narahatlıq doğurur

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərdiyi Azərbaycanda, bütün demokratik ölkələrdə olduğu kimi, söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən medianın inkişafı və səmərəli fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilir, əhəmiyyətli addımlar atılır, diqqət və qayğı ilə əhatə olunan jurnalistlərə maddi və mənəvi dəstək göstərilir.

Lakin çox təəssüf ki, bu gün mətbuat sahəsində bəzi dırnaqarası “informasiya  saytları” və orada çalışan (daha doğrusu orada insanlara şər-böhtan atmaqla, onları şantaj etməklə məşğul olan) “jurnalistlər”  informasiyanı faktlar əsasında, obyektiv və qərəzsiz formada deyil, həqiqətdən uzaq, yalan, şər-böhtan şəklində və müəyyən maraqlar müqabilində yaymağa çalışırlar. Medianın üz qarası sayılan belə “informasiya saytlarında” tanınmış ictimai-siyasi xadimlər,  ayrı-ayrı vətəndaşlar və sahibkarlar haqqında, eləcə də müxtəlif idarə və təşkilatlarla bağlı böhtan xarakterli məlumatları yayaraq cəmiyyətdə həmin şəxslər, qurumlar  barəsində yanlış təsəvvür yaradır, onların nüfuzuna xələl gətirir, bu şər kampaniyasının dayandırılması müqabilində bəzi tələblər irəli sürürlər. Təəssüf hissi qeyd etmək istəyirik ki, son zamanlarda bu cür “informasiya  saytlarının” növbəti “hədəflərindən” biri də Azərbaycan Ağsaqqallar Şurası olmuşdur.

Bu qərəzli saytlar çirkin niyyətlərini həyata keçirməkdən ötrü Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə bağlı reallıqla heç bir əlaqəsi olmayan, uydurma iddialar irəli sürərək bildirirlər ki, guya o, özünə məxsus olan binanı Şuraya icarəyə verib… Bir sözlə, xəstə təxəyyüllərini işə salaraq ağla gəlməyən iftiralar, ağ yalan iddialar, saxta fikirlər ortaya atır, Eldar Quliyevin haqqında şər-böhtan yayaraq nüfuzuna xələl gətirir və bu yalan informasiya yayımında müəyyən  məqsədlər güdürlər. İnsanları çaşdırmaq üçün yayılan bu yalan informasiya yalnız Eldar Quliyevə qarşı deyil, onun sədrlik etdiyi Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvünə qarşı da böhtan xarakterli məlumatlar kimi cəmiyyətimizdə, eləcə də sıralarında tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, nüfuzlu ağsaqqalların olduğu təşkilatın üzvlərində ciddi narahatlıq doğurur.

Bildirmək istəyirik Azərbaycan Ağsaqqallar Şurasının yerləşdiyi bina, daha doğrusu binadakı qeyri-yaşayış sahəsi müqavilə əsasında fiziki şəxsdən icarəyə götürülmüş, orada zəruri təmir işləri aparılmış və lazımi texniki avadanlıqlarla təchiz edilərək Şuranın fəaliyyəti üçün normal şərait yaradılmışdır. Bu qeyri-yaşayış sahəsini icarəyə verən şəxsin Eldar Quliyevlə heç bir bağlılığı, əlaqəsi yoxdur. Həmin şəxsin sahibkarlıq, eləcə də vətəndaş hüquqlarının qorunması və kimliyinin ictimailəşdirilməməsi baxımından adının açıqlanmasını düzgün hesab etmirik. Lakin maraqlananlar Azərbaycan Ağsaqqallar Şurasına müraciət edərək, yaxud da 09 dekabr 2021-ci il tarixli 3M-3056 reyestr nömrəli  icarə müqaviləsini araşdıraraq həmin şəxs haqqında məlumat ala bilərlər.

Biz məsələnin məğzini, mahiyyətini araşdırmadan, heç bir real fakta istinad etmədən, “şər dəyirmanına su tökərək” yalan informasiya yaymağa, kimlərisə günahlandırmağa, “mühakimə” etməyə, işgüzar nüfuzunu zədələməyə çalışanlara qarşı məhkəməyə, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edərək qanun çərçivəsində sərt tədbirlərin həyata keçirilməsini təmin edə bilərik. Lakin Azərbaycan Ağsaqqallar Şurası olaraq biz qərəzli media subyektlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edərək onları qınayır, şər-böhtan kampaniyası aparmaqdan, yalan informaiya yaymaqdan çəkinməyə çağırır, ədalətli, vicdanlı və dürüst olmağa dəvət edirik.

Azərbaycan Ağsaqqallar Şurasının aparatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri