MEDİAdan SOCARın zavodunda baş verən yanğınla bağlı müraciət
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.
“Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.
Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.
Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”, - deyə açıqlamada bildirilib.
Bu mövzuda digər xəbərlər:MEDİAdan SOCARın zavodunda yanğın olması iddiasına reaksiya
11 Noyabr 2024 10:55
Medianın İnkişafı Agentliyi SOCARın zavodunda baş verən yanğınla əlaqədar jurnalistlərə müraciət edib
11 Noyabr 2024 10:44
SOCARın zavodunda yanğınla bağlı məlumat həqiqəti əks etdirmir MEDİA
11 Noyabr 2024 10:37
Sumqayıtda SOCARın zavodunda yanğın olub?
11 Noyabr 2024 10:30
SOCARın zavodunda yanğın olub? FHNdən AÇIQLAMA
11 Noyabr 2024 09:54
Baxış sayı:101
Bu xəbər 11 Noyabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















