Icma.az
close
up
RU
Mediamızın ən ağrılı yerlərindən biri saxta xəbərlərlə mübarizə məsələsidir

Mediamızın ən ağrılı yerlərindən biri saxta xəbərlərlə mübarizə məsələsidir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu günki mediamızın ən ağrılı yerlərindən biri saxta xəbərlərlə mübarizə məsələsidir. Çünki , saxta informasiyaları daha çox bu sahədə çalışan şəxslər müəyyən edə bilir, ancaq bütövlükdə əhalinin geridə qalanı saxta informasiyanı ayırd etməkdə bəzən ciddi çətinliklə üzləşir. Bugünki gündə həqiqi və saxta informasiyanı ayırd etmək çox da asan məsələ deyil”. 
Bu sözləri Hit.az-a Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli deyib.
O bildirib ki, son zamanlar ağırlıq yükü çox olan informasiyalara meyl azalıb. Bu da informasiyanı dəqiqləşdirən, hadisə, yaxud hansısa məsələ ilə bağlı daha təfərrüatlı məlumat verməyə çalışan ənənəvi medianı geridə qoyur: 
“Adətən İnformasiya istehlakçıları hadisə baş verəndən dərhal sonra məlumat almaq istəyir. Bu vəziyyət həm də informasiya təhlükəsizliyinə problem yaradır, çünki oxucu, yaxud tamaşaçının rəyi ilk qarşılaşdığı informasiya ilə formalaşır, onların az hissəsi bu informasiyanı dəqiqləşdirməyin arxasınca düşürlər. Nəticədə informasiya kirliliyi yaranır. Bunu obyektiv səbəb adlandırmaq olar, yəni hər şey müasir insanın təlabatı, istəkləri çərçivəsində baş verir. Subyektiv səbəb isə ənənəvi medianın klassik prinsipləri müasir tələblərə uyğunlaşdırmaması, yaxud bunu tam etməməsidir. Misal üçün, hansısa informasiyanı dəqiqləşdirmək zaman alırsa, ənənəvi media əlindəki ilkin informasiyanı təqdim edə, daha sonra dəqiqləşdirmə apara bilər. Hətta ilkin informasiya tam doğru olmasa belə, oxucunu informasiya təhlükəsizliyinə təhdid yaradan mənbələrdən yayındırmağa imkan verə bilər. Yəni, oxucu tam doğru olmasa belə, ilkin yayılan informasiyanı ənənəvi mediada oxuyarsa, orada qala və dəqiqləşdirilən informasiya ilə də tanış ola bilər. Digər səbəb isə ənənəvi medianın sosial şəbəkənin imkanlarından doğru istifadə edə bilməməsidir. Bu, təkcə bizdə yox, dünyanın müxtəlif ölkələrində də belədir”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see140

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri