Icma.az
close
up
RU
Milli jurnalistika elmi və mediamızın uğurları

Milli jurnalistika elmi və mediamızın uğurları

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması qərara alınıb. Sərəncamın preambula hissəsində göstərilir ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin ana dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru Vüqar Əhməddir.

– Vüqar müəllim, bu il həm milli mətbuatımızın 150, həm də sizin çalışdığınız AMEA-nın 80 yaşı tamam olur. Şöbəniz bilavasitə mətbuat tariximizlə məşğul olduğu üçün suallarımız da bu barədədir. Anadilli mətbuatımızın təşəkkülü milli-mənəvi, mədəni təkamüldə rolunu necə dəyərləndirərdiniz?

– Görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin ilk dəfə Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin bu sarıdan önəmi əvəzsizdir. Yubiley sərəncamında da qeyd edildiyi kimi, həmin qəzetdən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynayıb. Fərəhlidir ki, 80 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları şərəfli tarixi olan anadilli mətbuatımızın təşəkkülü və inkişaf mərhələləri ilə bağlı zaman-zaman araşdırmalar aparıb, elmi məqalələr, kitab və monoqrafiyalar yazıb, elmi iş müdafiə ediblər.

– Bilirik ki, Ədəbiyyat institutunun əvvəllər “Dövri mətbuat və biblioqrafiya” adlanan müvafiq şöbəsi 10 ildən artıqdır ki, “Mətbuat tarixi və publisistika şöbəsi” adı ilə fəaliyyətini daha da genişləndirib. “Əkinçi”nin və onun ardınca boy göstərən nəşrlər, o cümlədən “Molla Nəsrəddin” jurnalı ilə bağlı az iş görülməyib...

– Doğrudur. Mətbuatla bağlı alimlərimizin gərgin zəhməti ilə hazırlanıb buraxılan nəşrlərdən ən sanballısı, fikrimcə, “Molla Nəsrəddin” ensiklopediyasıdır. Bu ensiklopediyanın ideya rəhbəri və baş redaktoru AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Görkəmli tədqiqatçı Azərbaycan satirik mətbuatının əsasını qoyan, 25 illik fəaliyyəti boyunca milli mətbuatımızın və ədəbiyyatımızın salnaməsini yaradan “Molla Nəsrəddin” jurnalının cahanşümul rolundan bəhs edərək yazır: “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərinin ədəbiyyat və mətbuat cəbhəsinin liderliyi missiyasını uğurla həyata keçirmişdir... C.Məmmədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Qəmküsar, M.Möcüz (Şəbüstəri), B.Abbaszadə, Ə.R.Şamçızadə, M.Sidqi, Ə.Məhzun və başqa görkəmli yazıçı, şair və publisistlər “Molla Nəsrəddin” ordusunun mübariz əsgərləri kimi həm milli istiqlal uğrunda, həm də realist-demokratik ədəbiyyat yollarında dönmədən mübarizə aparmaqda davam etmişlər”. Fikrimizcə, “Molla Nəsrəddin” jurnalını bütünlüklə lüğət şəklində sistemə cəlb edən ensiklopediya bu sahə üzrə yığcam məlumat verən elmi nəşr kimi çox yüksək dəyərə layiqdir.

– Ulu öndərin dövri publisistikaya qayğısı da şöbənizdə hərtərəfli araşdırılır...

– Bəli. Şöbənin hazırladığı “Heydər Əliyev və milli mətbuat” adlı kitab 2023-cü ildə Ulu öndərin 100 illiyi münasibətilə işıq üzü görüb. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli kitaba “Heydər Əliyevin dövlətçilik siyasətində mətbuat” başlıqlı Ön söz yazıb və dahi şəxsiyyətin üstün keyfiyyətlərinə və onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salıb. Akademik görkəmli dövlət xadiminin milli mətbuatın inkişafına verdiyi böyük diqqət və qayğını yüksək dəyərləndirib.

Digər nəşrlərdə, məqalələrdə də Ulu öndərin mətbuatın cəmiyyətin inkişafındakı əvəzsiz gücündən məharətlə istifadə etməsi, dövri nəşrlərin fəaliyyətinin azərbaycançılıq ideologiyasının təbliğinə yönəldilməsində cəsarətli mövqe tutması konkret faktlarla açıqlanır. Ulu öndərin uzaqgörən siyasəti, Azərbaycan xalqı və milli mətbuatımızın qarşısındakı əvəzsiz xidmətləri, gərgin ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür yaradılır.

– Daha hansı elmi nəşrlər işıq üzü görüb?

– Digər nəşrlərdən filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Molla Nəsrəddin və milli ədəbi dəyərlər” adlı monoqrafiyası, “Ziyayi-Qafqaziyyə” (lüğət, izah və şərhlərlə), “Kəşkül”, “Bəhlul” kimi mətbu orqanların latın qrafikalı əlifbaya transfoneliterasiyası, “İstiqlal” qəzeti və gizli istiqlalçılar”, “Ədəbiyyat qəzeti” və ədəbi-mədəni mühit”, “Azərbaycan” jurnalında publisistika məsələləri”, “Hacı İbrahim Qasımov və “Bəsirət” qəzeti”, “Əhməd bəy Ağaoğlu və Türkiyə mətbuatı”, “Gənclik” jurnalında publisistika məsələləri” mövzularında tədqiqat işləri göstərilə bilər. “Mətbuat tarixi və publisistika məsələləri” (I və II kitablar) toplusunun tərtibi də xüsusi qeyd olunmalıdır. “Azərbaycan uşaq mətbuatında (1906–1920) rus ədəbiyyatı məsələləri”, “Sənətin izi ilə”, “Multikultural mühit və ədəbiyyat”, “Arı”, “Mirat”, “Məşəl”, “Kəlniyyət” jurnallarının əksəriyyət üçün əlçatanlığı da təmin edilib.

Şöbə əməkdaşları “Azərbaycan mətbuatının salnaməsi” üzərində də gərgin çalışıblar, “Həqiqəti-əfkar” qəzetinin tam dəsti Sankt-Peterburq arxivindən institutumuza gətirilib və tədqiqata cəlb edilib. Bütün bunlardan əlavə, “Yaşıl yapraklar” dərgisi nəşrə hazırlanıb, “Hacı İbrahim Qasımovun publisistikası”, “Multikultural mühitin sınaq dövrü həqiqətləri publisistikada” və s. monoqrafiya və kitablar nəşr edilib. Ayrı-ayrı nəşrlərin təqdimat mərasimləri, elmi konfranslar da mətbuat tariximizin sərf-nəzər olunması baxımından yaddaqalan olub. Ötən il keçirilən belə tədbirlərdən “Məhəmməd Əmin Rəsulzadə – 140”, “Ziyayi-Qafqaziyyə” qeyd edilə bilər.

– Son illərdə mətbuat mövzusunda dissertasiyalar da müdafiə olunubmu?

– Bəli. Misal üçün, şöbənin əməkdaşı Gülbəniz Babayeva ötən il akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Molla Nəsrəddin” və türk satirik mətbuatı” adlı doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adı alıb. Şöbənin elmi işçisi Samirə Kərimovanın “XX əsrin əvvəllərində Azərbaycan bədii ədəbiyyatı və publisistikasında soyqırım problem” mövzusunda tədqiqat işinin elmi müzakirəsi keçirilib. Kiçik elmi işçi Leyla Məmmədova “İkinci Qarabağ savaşı bədii publisistikada” adlı plan işi üzərində işləyir. Şöbə əməkdaşlarının yüzlərlə elmi məqalələri isə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda nəşr edilmiş və bu gün də bu proses davam etməkdədir.

– Görülən işlər Azərbaycan milli mətbuatının qeyd etməyə hazırlaşdığımız 150, AMEA-nın isə 80 illik yubileyləri ərəfəsində mətbuat tarixi və publisistika şöbəsinin uğur hesabatı sayıla bilər...

– Elədir. Akademik İsa Həbibbəyli fəaliyyətimizi yüksək dəyərləndirib: “Bu şöbənin çoxcəhətli və ardıcıl fəaliyyəti ilə nəinki mövcud boşluq aradan qaldırılmış, hətta mətbuatşünaslıq sahəsi mühüm addımlarla daha da irəliləmişdir”... Şöbə əməkdaşları bundan sonrakı fəaliyyətlərində də bizə verilən dəyər və qiymətdən ruhlanaraq, Azərbaycan milli mətbuatının və publisistikanın açılmamış səhifələrinin öyrənilməsində, nəşrində əvvəlki əzmkarlıqla çalışacaqlar.

Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri